/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Murtaza Murdapura dəstək olan soydaşlarımıza tutuqlama

Murtaza Murdapura dəstək olan soydaşlarımıza tutuqlama

Oğuz TV: Keçtiyimiz gün Muradpur ailəsi və onlara dsətək verən bir çox soydaşımız Təbriz məhkəməsi önündə toplanmaq istəyib ancaq zorba və terrorist iran rejimi hər zamanki kimin buna izin verməyib və bir çox soydaşımızı tutuqlayıb.

Oğuz TV nin aldığı bilgiyə görə, Yerli vaxtla səhər saat 10 da məhkəmə önünə toplanan soydaşlarımızı zorba iran rejiminin bəslədiyi manqurt polislər qarşılayıb və onlardan dağılmaları istənilib. Bu istəyə uymayan soydaşlarımızın əllərində daşıdığı Murtaza Muradpurun fotoğrafları və ona dəstək yazıları iran rejimi gücləri tərəfindən alınıbdır. Murtaza Muradpurun sağlıq durumunu sorqulayan ailə üyələrinə isə rejim gücləri onun barəsində heç bir bilgi verməyib.

Şiddətli qar yağışına baxmayaraq məhkəmə önündə toplanmaqda israrcı olan və ayrılmaq istəməyən soydaşlarımız və rejim gücləri arasında yaşanan tartışma sonucu, rejim gücləri Murtəza Muradpurun qardaşı Fərdin Muradpur, Milad Əkbəri, Mustafa Əvəzpur, Siyamək Mərdani, Hüseyn Məhəmədiyan, Adil Bıçaqçı, Vəhid Faizpur, Sədulah Əsədi və Məhəmməd Mərdi tutqlayıblar. Tutuqlanan soydaşlarımız ilk gündən aclıq eyləminə başlayacaqlarını bildib və Murtaza Muradpurun sərbəsrt buraxılmadığı günə qədər bu eyləmə dəvam edəcəklərin bildiriblər.

Xatırladaq ki Murtaza Muradpur haqsız yerə tutuqlandığı üçün 57 gündür aclıq eyləmi keçirir və sərbəst buraxılmayana qədər bu eyləminə dəvam edəcəyini bildirib. Muradpur ayləsi artəq iki gündür ki Murtaza Muradpour dan heç bir xəbər alabilməyir.

Murtaza Muradpurun anası xanım Məsumə Əmanin keçən günkü musahibəsi:

1. musahibe     
Comments,Baxışınız
oguz gif telegram