/  
Ön yapraq » Oğuz xəbər » Dünya » NATO Baş katibi:NATO İranın raket proqramına görə narahatdır.
NATO Baş katibi:NATO İranın raket proqramına görə narahatdır.

NATO Baş katibi:NATO İranın raket proqramına görə narahatdır.

OğuzTV:NATO İran molla rejiminin raket proqramına görə narahatdır.NATO Baş katibi Yens Stoltenberqın sözlərinə görə, bu proqram Yaxın Şərqin destabilizasiyası ilə bərabər, bu bölgəyə yaxın ərazilərdə olan gəmilərin hərəkətinə təhlükə yaradır.

Türkiyənin Rusiyadan S-400 sistemləri alması məsələsinə bir daha toxunan Stoltenberq Ankaranın NATO ölkələrindən birindən hava hücumundan müdafiə sistemi alacağına ümid etdiyini açıqlayıb.
Eyni zamanda bu məsləyə İsraildə yanıt verib.

“İran İsrailə hücum edəcəyi halda, onların Tehrandakı və başqa bölgələrdəki hərbi obyektlərinə cavab zərbəsi endirəcəyik”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman ABŞ-a səfəri ərəfəsində Səudiyyə Ərəbistanının “Əlaf” saytına müsahibəsində bildirib.

“İsrail İranın Suriyada möhkəmlənməsinə yol verməyəcək. Bölgədə gərginliyin yaranmasını istəmirik. İrandakı rejim son günlərini yaşayır. ABŞ-ın Vyana müqaviləsindən çıxması İran iqtisadiyyatının sonu deməkdir. Qeyd edim ki, İran terrorun ixracına milyardlarla dollar xərcləyir”, – müdafiə naziri vurğulayıb.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture