/  
Ön yapraq » Oğuz xəbər » Naxçivandakı Əshabi-kəhf mağaralarına turistlər axın edir (Görüntü)
Əsabi-Kəhf mağarası

Naxçivandakı Əshabi-kəhf mağaralarına turistlər axın edir (Görüntü)

Oğuz TV: Quzey Azərbaycanın Naxçıvan Muxtar Cumhuriyətindəki Əshabi-kəhf Dini-Mədəni Kompleksi, ilin hər mövsümündə müxtəlif ölkələrdən gələn ziyarətçiləri qarşılayır.

Quzey Azərbaycanın Culfa şəhərində yerləşən, dünyanın müxtəlif mədəniyyətlərinin izlərinə rast gəlinən və xüsusən Müsəlman ölkələrdən gələnlərin ziyarət etdiyi Əshabi-kəhf mağaraları, başda Türkiyə və Güney Azərbycan olmaq üzrə bir çox ölkədən gələn turistlərdən maraq görür.
Şəhər mərkəzinə avtomobil yolu 1 saatlıq məsafədə yerləşən mağaralar, inanc turizmi baxımından Naxçıvanın ən böyük turizm mərkəzi mövqeyində.
Əshabi-kəhf Səfəri Dini və Mədəni Abidə Kompleksi Direktoru Qurbanov Qaraj Sevdimalıoğlu, mağaraların inanc turizmi baxımından əhəmiyyətli olduğunu dedi.
Kompleksin bölgənin ən dəyərli turizm sahələrindən biri olduğunu bildirən Sevdimalıoğlu, belə danışdı:
“Bütün dünyadan ziyarətçilər gəlir. Qardaş Türkiyədən, Amerika, İngiltərə, Fransa, Yaponiya, Malayziyadan və Ərəb ölkələrindən, bütün dünyadan turistlərin gəldiyini deyə bilərik. Məsələn, Bakıda beynəlxalq bir toplantıya kənardan insanlar gələndə də gəlib bura səfər edirlər. Heydər Əliyev bura dövlət müəssisəsi halına gətirdi, Dini-Mədəni Kompleks olaraq qeydə alındı”.
Əshabi-kəhf mağaralarını səfər üçün Türkiyədən gələn Çingiz Erdener isə “Çox gözəl və maraqlı bir yer, dini cəhətdən də doydurucu bir yer. Gəzərkən çox zövq aldım, çox gözəl düzənləyiblər. Mənəvi dəyəri olduğu üçün daha əhəmiyyətli, gəzərkən insan böyük bir həzz alır” deyə danışdı.

Bu slaydşou üçün JavaScript lazımdır.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture