/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Netanyahu irana xəbərdalıq etdi ,

Netanyahu irana xəbərdalıq etdi ,

OğuzTV:İyunun 25-də hökumətinin həftəlik iclasında çıxış edən İsrailin baş naziri Benyamin Netanyahu İranın terrorçu “Hizbullah” təşkilatını inkişaf etmiş raketlərlə təchiz etməsi  və Suriya-İsrail sərhədlərində hərbi fəallığını gücləndirməyə cəhdi barədə xəbərdarlıq edib.

Oğuz Xəbər otağının əldə etdiyi bilgiyə görə Netanyahu bildirib ki, onun ölkəsi İranın “Hizbullah”ı silahlandıraraq Suriyada hərbi hazırlığını gücləndirməsi ilə bağlı bütün fəaliyyət və hərəkətini nəzarətdə saxlayır: Biz İranın Colan yüksəkliklərində və İsrail sərhədləri yaxınlığında hərbi fəallığını gücləndirməsinə imkan verməyəcəyik. Bizim siyasətimiz aydın və şəffafdır. Biz Suriya torpağından ərazilərimizə hər hansı bir raket, top və ya mərmi atılmasına dözməyəcəyik. Biz torpağımıza və vətəndaşlarımıza qarşı edilən hər hansı bir hücuma kəskin cavab verəcəyik.Bir daha təkrar edirəm ki, İsrail hökuməti İranın Suriya yolu ilə “Hizbullah”a silah-sursat çatdırmasının və onun bizim sərhədlərimizə yaxın bölgələrdə hərbi fəaliyyətini gücləndirməsinin qarşısını almaq üçün əlindən gələni edəcək, istənilən addımı atacaq”.

İsrailin hava qüvvələri iyunun 24-də Suriyanın Colan yüksəkliklərindəki 2 tankını məhv edib. İsrail ordusunun sözçüsü jurnalistlərə bildirib ki, hər iki tank, ölkəsinin Suriya ərazisindən top atəşinə tutulmasına cavab olaraq vurulub.

Bu arada fars rejimi israilə qarşı fəaliyətlərin ölkə içindədə çoxaldıb.İran adlanan yerdə İsrailin məhv olma tarixinə qalma vaxtını əks etdirən saat quraşdırılıb.Bu barədə informasiyanı “Cursorinfo.co.il” saytı yayıb. Saat Tehrandakı Fələstin meydanında yerləşdirilib.

Burada göstərilən zamana görə, İsrail 2040-cı ilə qədər yox olmalıdır.Qeyd edək ki, İsrailin məhv olma zamanını İranın  diktator lideri Əli Xamenei müəyyən edib. O, 2015-ci ildə çap etdirdiyi kitabında İsrailin 25 il sonra məhv olacağını yazmışdı.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture