/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Netanyahu: “İsrail İranla savaşa hazırdır!”
ايسرايل :تهران منطقه ساواشي اوچون بهانه یاراتماق ایستیر ايرانين تجاووزونو دايانديرماقدا قرارليييق.

Netanyahu: “İsrail İranla savaşa hazırdır!”

OğuzTv:Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında deyib. Hökumət rəhbəri Tehranın Suriyada hərbi iştirakının artmasını İsrailə qarşı yönəlmiş addım kimi qiymətləndirib.

 

Oğzuz medya xəbər otağı report.az-a istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, son aylar İranın İslam İnqilabı Keşikçiləri Korpusunun hərbçiləri münaqişə zonasına hücum və müdafiə silahları, eləcə də zərbə PUA-ları, hava hücumundan müdafiə vasitələri və “yer-yer” sinfli raketlər toplayırlar.

“İranın bizə qarşı yönəlmiş təcavüzünü dayandırmaqda qərarlıyıq, hətta bu münaqişə anlamına gəlsə belə. Yaxşı olar ki, indi, nəinki sonra”, — deyə Netanyahu bildirib. O əlavə edib ki, İsrail vəziyyəti gərginləşdirməyə çalışmır, lakin “istənilən ssenariyə hazırdır”. Baş nazirin sözlərinə görə, “vaxtında hərəkət etməyə” hazır olmayan ölkələrin buraxdığı səhvlər, sonradan onlara baha başa gəlir.

Comments,Baxışınız
oguz gif telegram