/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Netanyhau: Savaşa səbəb olsada İranın Suriyəni qarışdırmasına izin verməyəcəyik
واشنگتن تایمز : اسرائیل در برابر ایران: چه کسی در جنگ احتمالی دست بالا را دارد

Netanyhau: Savaşa səbəb olsada İranın Suriyəni qarışdırmasına izin verməyəcəyik

Oğuz TV: İsrail Baş Naziri Netanyahu, Tehran hakimiyətinin Suriyə’yə daimi olaraq yerləşməsinə icazə verməyəcəklərini söylədi. Netanyahu, “Savaşa səbəb olsa da İranın təcavüzünü dayandırmağa qərarlıyıq” deyib. Putinlə görüşü öncəsi sərt mesajlar verən İsrail lideri, Moskvaya da xəbərdarlıq verib.

Amerika Prezidenti Donald Trumpın İran adlan ölkəylə uluslararası toplum arasında 2015 də varılan nükleər andlaşmanın aqibətinə dair son qərarını verəcəyi 12 May yaxınlaşanda, İsrail-İran kəmərində də gərginlik getdikcə yüksəlir. Suriyə müzakirəli çərşənbə günkü Moskva səfəri öncəsi İsrail Baş Naziri Binyamin Netanyahudan sərt mesajlar gəldi. Kabinet iclasının ardından Baş Nazirlikdən verilən məlumata görə; Netanyahu, “İsrail, təxirə salmaq əvəzinə, bir an əvvəl hələ ki, sürünmə prosesində olan İran saldırqanlığını savaşa səbəb olsa belə sona çatdırmaqda qərarlıdır” – dedi.

İranın Suriyəyə daimi olaraq yerləşməsini qarşısını almağa qərarlı olduqlarını bildirən İsrail lideri, “Bu əsgəri çatşma olsa belə, İranın bizə qarşı təcavüzkarlığını dayandırmağa hazırıq. İndi olması sonra olmasından yaxşıdır. Özlərinə qarşı ölümcül saldırıya qarşı vaxtında hərəkətə keçməyə hazır olmayan dövlətlər, daha sonra daha ağır bədəllər ödəmişlər. Biz gərginlik istəmirik. Ancaq hər cür mümkün senariyo ya hazırıq”.

S-300 TƏHDİDİ: MƏHV Edirik

Tehran hakimiyətinin Suriyədəki tərəfdaşı Rusiyadan gözləntiləri olduğunu da işarə edən Netanyahu, “İran son aylarda Suriyədəki münaqişədən daha çox bizim sınır bölgəmizə saldırı məqsədli silah yığır. Bu əməliyyatları İran İslam İnqilabı Mühafizəçiləri yeridir. Bölgəyə gətirdikləri savaş silahları arasında bomba daşıyan İnsansız uçaqlar da var. Hava müdafiə batareyaları və yerdən-yerə idarə olunan raketlər də ehtiyat edilir. Bu səbəbdən İsrail, sabah gec olacağı üçün bu gün tədbir almağı üstün tutmaq vəziyyətindədir” ifadələrini istifadə etdi.

Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüşü ərəfəsində Netanyahu, Moskva Suriyəyə sövq etməyə hazırlaşdıqları S-300 uzun mənzilli hava müdafiə batareyaları mövzusunda da xəbərdarlıq edib: “S-300 raketləri Rusiya tərəfindən Dəməşq rejiminə təslim edilərsə, İsrail təhlükəsizliyini təhdid etdikləri an məhv edəcəklər. Rusiya bu məsələdə də qərarlı olduğumuzu çox yaxşı bilir”.

RUHANİDƏN AMERİKAYA: PEŞMAN OLARSINIZ

İran adlnan yerin sözdə Prezidenti Həsən Ruhani, Amerikanın nüvə müqavilədən çıxması vəziyyətində peşman olacağını ifadə etdi. Sebzivar şəhərində xalqa xitab edən Ruhani, nüvə müqavilə çərçivəsindəki raket fəaliyyətinin müzakirə mövzusu edilməyəcəyini bildirib. Ruhani, “Ehtiyacımız qədər raket və silah istehsal edib yığmaya dəvam edəcəyik” dedi.

Comments,Baxışınız
oguz gif telegram