/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Nikki Haley:Orta Şərq regionunda yaşanan əksər problemlərin qaynağı İranın varlığıdır.
هیلی :ایران پشت بحران‌های یمن، سوریه, لبنان بوده و مانع صلح فلسطین - اسرائیل و حامی تروریست‌های منطقه است ? @oguztv ? ? ? ???????

Nikki Haley:Orta Şərq regionunda yaşanan əksər problemlərin qaynağı İranın varlığıdır.

OğuzTv:Amerikanın BMT-dəki daimi nümayəndəsi Nikki Haley, fevralın 21-də Təhlükəsizlik Şurasında çıxış edərək, Orta Şərq bölgəsində baş verən insani faciələrdən və İranın regional münaqişələrdəki rolundan danışıb.

Haley bildirib ki, İran İslam Respublikası regionda və dünyada terrorizmin əsas himayədarı olaraq qalır: “Təəssüflər olsun ki, bu gün, Orta Şərq regionunda yaşanan əksər problemlərin qaynağı, o cümlədən də Yəmən və Suriyada baş verən insani faciələrin əsas mənşəyi İrandır. İran rejimi, Yəməndəki yaraqlı husilərə ballistik raketlər göndərir, onları digər silah-sursatla təmin edir. Husilər də, İranın onlara verdiyi həmin raketləri öz qonşularına atır. Bu isə, Yəməndə vətəndaş müharibəsinin uzadılmasına, əhali arasında qıtlıq və yoxsulluğa və milyonlarla insanın faciə və müsibətlə üzləşməsinə gətirib çıxarır.

 

Həmçinin İranın dəstək verdiyi Bəşər Əsəd rejimi, Suriyada yarım milyon insanın ölümü ilə nəticələnən müharibəni davam etdirir və dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadə edərək yeni faciələrə yol açır. Bunun da nəticəsi, hazırda milyonlarla Suriya vətəndaşının öz yurdundan didərgin düşərək, qonşu ölkələrə, o sıradan da Türkiyə, İordaniya, Livan və digər ölkələrə səpələnməsidir.

Məhz bunları nəzərə alaraq, bir daha bildirirəm ki, bu gün İran hakimiyyəti, terrorizminən  mühüm himayədarı olmaqla yanaşı, həm də yuxarıda sadaladığım Orta Şərqdə baş verən əksər problemlərin əsas qaynağıdır”.

Comments,Baxışınız
oguz gif telegram