/  
Ön yapraq » Oğuz xəbər » Ordumuz 3 Şəhid verdi

Ordumuz 3 Şəhid verdi

Oğuz TV: Cəbhədə  gərginlik davam edir. Ordumuz dünən birtərəfli olaraq atəşi dayandırsa da, erməni tərəfi cəbhədə gərginlik yaratmaqda davam edir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən tərəfi itirilmiş mövqelərinin geri qaytarılması məqsədilə cəbhənin əsasən Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə hücum edir və təmas xəttinə yaxın olan yaşayış məntəqələrini intensiv surətdə atəşə tutur.
Ötən gün və gecə ərzində aparılan döyüşlərdə ermənilər canlı qüvvə və hərbi texnika sarıdan çoxsaylı itkilərə məruz qalıb.Son günlər cəbhədə baş verən döyüşlərdə ermənilər məhv edilmiş yüzlər hərbi qulluqçuların meyitlərini və silah-sursatlarını qoyaraq qaçıblar.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi düşmənlə döyüşlərdə şəhid olan hərbi qulluqçuların yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Oğuz Tv Xəbər otağı və yönətim qrupu öz növbəsində bu acı olayı bütöv Azərbaycan Türk millətinə baş sağlığı verib şəhid yaxınlarına dözüm diləyir.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture