/  
Ön yapraq » Oğuz xəbər » Özünü asaraq H.Ruhaniyə etiraz etdi

Özünü asaraq H.Ruhaniyə etiraz etdi

Oğuz TV: Ukrayna mərkəzli “Femen” təşkilatının adı açıqlanmayan bir üzvü, İran prezidenti Həsən Ruhaninin Fransanın paytaxtı Parisə etdiyi səfər əsnasında ona etiraz məqsədi ilə bir edam səhnəsi canlandırdı.

Adı açıqlanmayan etirazçı, İrandakı edamlara etirazlara qarşı özünü “Debilly” üstkeçidində asdı. Bu üstkeçiddə həmçinin  “Xoş gəldin Ruhani, azadlığın cəlladı” yazısı görüldü. Bədənini İran bayrağı ilə boyanmış və boynu ilə qollarını iplə bağlayan qadın, uzun müddət havada asılı qaldı. “Femen”in Fransa sözçüsü Sarah Konstantin, verdiyi açıqlamada, İranda edam edilənlər arasında “qadınlar, feministlər, homoseksuallar və azad düşüncəli insanlar” olduğunu söylədi. 

Konstantin, Ruhanini qəbul etdiyi üçün Fransa prezidenti François Hollandı da tənqid etdi və “Bu, Hollandın insan haqqlarını əhəmiyyətsiz hesab etdiyini göstərir, tək düşündüyü şey işdir”dedi.

Comments,Baxışınız
oguz gif telegram