/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Pantürkizim”də günahlandırılan milli fəala 20 milyonluq cəza kəsildi

“Pantürkizim”də günahlandırılan milli fəala 20 milyonluq cəza kəsildi

Oğuz TV: Güney Azərbaycanlı daha bir milli fəalın məhkəməsi baş tutdu.

Murtaza Nur Məhəmmədi  bu gün Şəbüstər şəhərində mühakimə edildi. Bu milli fəalı əmakin idarəsi şikayət edib. Murtaza Nur Məhəmmədi Şəbüstərin Nadarlı kəndindəndi. Bu kəndin isə əhalisinin demək olar ki, tamamı millətçidi. Və hər zaman da kənd əhalisi iran rejminin təzyiqlərinə məruz qalırlar.

Keçənlərdə bu kənddən olan milli fəallar, həmçinin adını çəkdiyimiz bu milli fəal Güney Azərbaycanla bağlı kitab sərgisi keçirtmişdilər. Bu sərgidə sərgilənən kitablar sırasında doktor Zehtabinin də kitabları yer almışdı. Bu sərgiyə ittelaat məmurları hücum etmiş və kitabları müsadirə etmişdilər. Murtaza Nur Məhəmmədidən isə şikayət etmişdilər. İttelaat məmurlarının şikayəti üzrə bugün 24 isfənd (14 mart) Nadarlı milli fəalın məhkəməsi baş tutub. Məhkəmə bu milli fəala PanTürkist, millətçiliyi kitablar vasitəsi ilə yayamaqda günahlandıraraq, 20 milyon tümənlik vəsiqə ilə şərti azad edildi.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture