/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Pişəvəri Əsgəri ,Milli Şair Təbrizdə anıldı -Foto

Pişəvəri Əsgəri ,Milli Şair Təbrizdə anıldı -Foto

OğuzTV: Pişəvəri Əsgəri ,Milli hökümət qızılbaş ordusunun zabiti,İstqilal Şairi,  mərhum Söhrab Tahir başkənd Təbrizdə anılıb.

Günəş tarixilə 29 ordibeheşt 1395 ci il Mayın 19-da Təbrizdə keçirilən anım mərasimində Azərbaycanın Ərdəbil, Muğan,Urmu, Qərəzyaləddin, Culfa, Gərgər,  Nir,Quşçu, Qoşaçay, Ənzəli, Zəncan, Səreyn,Təbriz,  Qaradağ, Bostanabad, Miyana şəhərlərindən bir çox şair, ədəbiyyatçı, muisiqiçi, ictimai xadim və milli fəallar, iştirak edib.

Qeyd edək ki, əslən Güney Azərbaycandan olan xalqı şairi Söhrab Tahir mayın 4-də ömrünün 90-cı ilində Bakıda  evində gözlərini əbədiyyətə yumub. 

 

Güney nisgilli şair uzun müddət idi yataq şəraitində müalicə alırdı.

Tahir 1926-ci il avqustun 6-da Güney Azərbaycan Astara şəhərində sənətkar ailəsində anadan olub. “Səadət” və “Şahpur” məktəblərində 9-cu sinfədək təhsil alıb, ailə vəziyyətinin ağırlığı üzündən atası ilə “İran-İngilis neft şirkəti”ndə işləməyə məcbur olub..

طاهیر

Əlimdə olsaydı, Arazın adın

İnan xəritədən tutub pozardım

Yaxşı ki, Araz var, o olmasaydı

Nədən gileylənib, şeir yazardım

1945 Güney Azərbaycan Milli Hərəkatına qatılaraq Milli hökümətin cənubda qurulmasında fəal iştirak edib.21 Azər qəhrmanlıq midalı alan Söhrab, başvəzir Pişevəri tərəfindən 1946-cı ildə Bakıya hərbi təhsil almağa göndərilib.Və beləliklə söhrab və dostlarının hərbi təlimləri gedişatında Güney Azərbaycan qızıl baş qoşununun təməlləri atılır.
1946 da Güney Azərbaycan milli dövləti adlanan “Milli hökümət” yıxılıb və güney Azərbaycan iran tərəfindən işğal olduğdan sonra Güneye dönə bilməyib.
1950-ci ildə Bakı Tibb Məktəbində stomatoloq və feldşerlik ixtisası üzrə təhsil alıb. O, 1952-1957-ci illərdə ADU-nun filologiya fakültəsində oxuyub. 1959-1961-ci illərdə Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarında müdavim olub. 1962-1966-cı illərdə ADF-in Bakı komitəsində birinci katib, “Azərbaycan” qəzeti və jurnalı redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalında redaktor olub.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin, “Literaturnıy Azerbaydjan” jurnalı redaksiya heyətinin, “Yazıçı” nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fondu idarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olmuşdur. 1991-ci ildə Bədii ədəbiyyatı təbliğat bürosu idarə heyətinin sədri təyin edilib. İnqilabi, ədəbi-ictimai fəaliyyətinə görə Təbrizdə “21 Azər” medalı və bir sıra başqa medallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltif olunub.

2006-cı ildə Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılar İttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilər İttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

Dərdi dərd olmuşdur elin də mənə,
 
Ağladım bir naşı güləndə mənə,
 
Heç kəs ağlamasın öləndə mənə,
 
Mən heç vaxt, heç zaman ölmərəm daha!
 
Azad qardaşım var, onunla xoşam,
 
Mən gərək sahili sahilə qoşam.
 
İki bölünməkdən elə qorxmuşam,
 
Çöpü də ikiyə bölmərəm daha!
 
Dənizlər, dəryalar mənə dayazdır,
 
Ən dərin bir çay var, o da Arazdır.
 
Mənə görüş verin, azadlıq azdır,
 
Görüşsəm ayrılmaq bilmərəm daha!
 
 
Mənim səadətim hardasa itdi,
 
O asan gəlmişdi, asan da getdi.
 
Mənə nə etdisə səadət etdi,
 
Bədbəxt səadətə gülmərəm daha!

O mayın 5-də Bakıda ll Fəxri Xiyabanda dəfn olunub.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture