/  
Ön yapraq » Oğuz xəbər » PKK terroristlərinə qarşı əməliyyatlar davam edir

PKK terroristlərinə qarşı əməliyyatlar davam edir

Oğuz TV: Qardaş ölkə Türkiyədə PKK terror qrupu ilə yaşanan qarşıdurmalar sonucu 8 soydaşımız şəhid olub.

Şırnak İdildə 1 Fevralda PKKli terroristlərin bombalı tələsində yaralanan Polis Məmuru Tayfun Uca ilə eyni gün Diyarbakır Surda yaralanan Uzman Çavuş Həsən Talay müalicə gördükləri xəstəxanada şəhid oldu. Cizredəki qarşıdurmalarda da Polis Məmuru Osman Yurd və Ər Vedat Dolançay şəhid oldu. 2 əsgər 1 polis yaralandı. Şırnak Uluderedə 3 məmurun işə getmək üçün mindiyi avtomobildə partlama meydana gəldi. Partlamada üçü də şəhid yaxını heyətindən dövlət məmuru olan Əhməd Artdı və Diyar Oslu şəhid oldu, Abdülkerim Oslu yaralandı. Şırnakda gecə də qrup maşınına edilən raketli hücumda 1 polis şəhid oldu, 1 polis yaralandı. Yenə Şırnakın İdil Mahalında, Suriya sərhədindən Türkiyəyə sızmağa çalışan təxminən 10 PKK terroristi qrup ilə bunları fərqinə varan polis bölməsidə vəzifəli əsgərlər arasında çıxan qarşıdurmada, bir ər şəhid olarkən, 1i kapitan, 2i uzman çavuş olmaq üzrə cəmi 3 əsgər də yaralandı.

23 azərdən  (14 dekabr) buyana küçəyə çıxmaq yasağı olan Şırnakın Cizrə qəsəbəsində təhlükəsizlik güclərinin xəndəkləri bağlamaq, barrikadaları qaldırmaq və PKK terroristlərini  təsirsiz hala gətirmək üçün əməliyyatları davam edir.

 

 

 

Comments,Baxışınız
oguz gif telegram