/  
Ön yapraq » Oğuz xəbər » Pompeo ilk xarici siyasət nitqinda irani həfəd alacaq
آمریکا قصد دارد یک ائتلاف بین المللی علیه رژیم ایران و فعالیت های بی‌ثبات کنندۀ آن ایجاد کند

Pompeo ilk xarici siyasət nitqinda irani həfəd alacaq

OğuzTV:Amerika dövlət katibi Mayk Pompeo növbəti həftə “diplomatik yol xəritəsini” elan edərək, avropalı tərəfdaşlar və digər müttəfiqlərini İrana qarşı təzyiq siyasətinə qoşulmağa inandıra biləcəyinə ümid edir. Bu barədə cümə günü yüksək vəzifəli Amerika rəsmisi bildirib.

Fransa, Almaniya və Britaniyanın müqavimətinə baxmayaraq, Amerika prezidenti Donald Trampın iki həftə öncə Birləşmiş Ştatların 2015-ci ildə İran və altı aparıcı dövlət ilə imzalanmış nüvə sazişindən çıxması qərarı verdi. Trampın administrasiyası hesab edir ki, həmin saziş İranın nüvə ambisiyalarını kifayət qədər cilovlamağa və ölkənin ballistik raket proqramından əl çəkməyə təsir etmək gücündə deyil.

Voa nın yaydığı məlumatda Amerika siyasi müşaviri Brayn Huk bildirib ki, bazar ertəsi özünün ilk xarici siyasət nitqi zamanı Pampeo, İranın hədələrinə cavab verilməsi üçün geniş dəstək üçün müraciət edəcək. O əlavə edib ki, Vaşinqton İranla bağlı məsələdə diplomatik həll axtarışındadır.

“Bizim səylərimizin məqsədi İranın davranışını dəyişməsi və bizim narahatlığımıza cavab verəcək yeni format uğrunda çalışmağa təsir edəcək lazımı təzyiqlərin ortaya qoyulmasıdır.” – deyə Huk müxbirlərə bildirib.

Huk deyib ki, İran Nüvə Sazişi ölkələrə saxta təhlükəsizlik hissi verib və Birləşmiş Ştatlar yeni razılaşma ilə nəinki İranın nüvə və raket imkanlarını, həm də regiondakı qeyri-sabitlik yaratmaq cəhdlərinin qarşını almaq istəyir.

Pompeo Trampın İran sazişindən çıxması ilə bağlı elanından bəri avropalı müttəfiqlərlə danışıqlar aparır. Huk bildirir ki, bu mövzuda müxtəliflikləri aşmaq mümkün olacaq

Britaniya, Fransa və Almaniyanın ABŞ-ın İrana qarşı sanksiyalar koalisiyasına qoşulub-qoşulmayacağı aydın deyil. Həmin ölkələr 2015-ci il nüvə sazişindən sonra fars molla reimilə qurulan iqtisadi və ticarət əlaqlərini xilas etməyə çalışırlar.Avropa ölkələri hərzman fars molla rejiminin dəstəkçisi olduqlarıda məhz iqtisadi maraqlardan ötürdür.

 

Comments,Baxışınız
oguz gif telegram