/  
Ön yapraq » Oğuz xəbər » Qənirə Paşayeva: “Uşaqlarınızı ilk öncə ata yurdları olan Azərbaycan və Türkiyəyə Göndərin”
Qənirə Paşayeva: "Uşaqlarınızı ilk öncə ata yurdları olan Azərbaycan və Türkiyəyə Göndərin"

Qənirə Paşayeva: “Uşaqlarınızı ilk öncə ata yurdları olan Azərbaycan və Türkiyəyə Göndərin”

Oğuz TV: Azərbaycan Millət Vəkili Qənirə Paşayeva, “Bir-birimizi daha da çox gücləndirmək düşüncəsiylə uşaqlarımızı böyüdəcəyik. Ana atalar, xahiş edirəm, pulunuz olanda uşaqlarınızı əvvəl Avropaya deyil, ilk öncə dədə yurduna göndərin” dedi.

Oğuz TV nin aldığı bilgiyə görə, Azərbaycan Millət Vəkili Qənirə Paşayeva, Türkiyənin Aydın İgidlər Bələdiyyəsində tikintisi tamamlanan “Bakı Parkı və Xocalı Soyqırımı” Anıtının açılışında iştirak edib.

Burada çıxış edən Paşayeva, Türkiyə ilə Azərbaycanın sevinc və iztirablarının şərik olduğunu bildirərək iki ölkənin birlik olduğu zaman düşmənlərinin güclü olmasına baxmayaraq qələbə qazandığını, bunun ən böyük məsələnin də Çanaqqala Qələbəsi olduğunu dedi.

Azərbaycanın təşkilatında da eyni münasibətin olduğuna işarə edən Paşayeva, belə davam etdi:

“Harada anadan olduğumuz fərq etməz. O vətənin bir yerində acı oldumu ‘Biz buradayıq’ deməyi bacarmalıyıq. Sevincimizi də kədərimizi də bölüşməliyik. Uşaqlarımızı da belə hazırlamağımız lazımdır ki, bu parkda oynayan uşaqlarımıza “Əslində, Bakı, Azərbaycan heç də uzaqda deyil də. O üzdən gənclərimizi bu şüurla yetişdirməliyik. Biz bu məkandakı ən böyük millətlərindən biri amma təəssüf ki ki bu coğrafiyada ən çox dərdi, ağrısı olan millətlərin önündə də biz gəlirik”.

“Mən heç bir zaman qəlbimdə Türkiyə və Azərbaycan ayrı-seçkiliyi aparmadım”. Deyən Paşayeva bunları söylədi:

“Azərbaycan nə qədər vətənim Türkiyə də elədir. Azərbaycan üçün necə canımı verməyə hazır olsam Türkiyə üçün də gözümü belə qırpmadan canımı verməyə hazıram. Çünki bura mənim də vətənim. Buranın ayağına dəyən daş məni kədərləndirir. Azərbaycan Prezidentinin son verdiyi mesajlarda da bu var idi. Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclənərsə biz və Türk dünyası da o qədər güclənir. Demişdi. Bir-birimizi daha da çox gücləndirmək düşüncəsiylə uşaqlarımızı böyüdəcəyik. O üzdən analarımız uşaqlarımızı bu parka gətirsin, görsünlər danışsınlar. Xocalıda yalnız Türk olduqları üçün o soyqırımı danışın. Deməyin ki, Cənab vəkilim mənim o qədər təyyarə pulum yoxdur. Bir köynəyi, bir ayaqqabı, gödəkcə az al min avtobusa Dədə torpağımı görməyə gedirəm dən. Bir-birimizi daha yaxından görüb səmimiyyət yaratmalıyıq. Ana atalar, xahiş edirəm, pulunuz olanda uşaqlarınızı əvvəl Avropaya deyil, ilk öncə dədə yurduna göndərin”.

 

Comments,Baxışınız
oguz gif telegram