/  
Ön yapraq » Oğuz xəbər » Qənirə Paşayeva:Suriyanın erməniləri Qarabağa köçürülür

Qənirə Paşayeva:Suriyanın erməniləri Qarabağa köçürülür

OğuzTV:Millət vəkili Qənirə Paşayeva Avropanı, Suriya ermənilərini işğal etdiyi Azərbaycan torpaqlarında yerləşdirən Ermənistana təzyiq göstərməyə çağırıb.

 

Avropa Şurasında Suriyada baş verən faciələrlə bağlı müzakirələr zamanı çıxış edən Q.Paşayeva Avropanın köçkünlər, miqrantlara münasibətini kəskin tənqid edib və buna son qoyulması,bu insanlara daha çox dəstək göstərilməsi lazım gəldiyini bildirib:

“Bir neçə dəfə jurnalist olaraq Suriyada olmuş və bu yaxınlarda Türkiyə və İordaniyada Suriyadan olan köçkünlərlə görüşən bir insan olaraq demək istəyirəm ki, bir insanlıq faciəsi var və o insanlar sizdən daha çox dəstək gözləyirlər. Biz bir neçə dəfə burada Suriyada yaşanan faciələri və onun qonşu bölgələrə və Avropaya təsirlərini müzakirə etmişik. Mən də bir çox həmkarlarım kimi o fikirdəyəm ki, insanı köçkün salan səbəblərlə mübarizə aparmaq və köçkünlərə Avropa təşkilat və ölkələrin dəstəyinin artması lazımdır. Əks halda faciələr daha da böyüyəcək”.

Millət vəkili Q.Paşayeva Suriyadan köçkün düşmüş türkmanlarla bağlı məsələni də Avropa Şurasında qaldıraraq, onların səsini duymağa çağırıb və Azərbaycan dövlətinin köçkünlərlə bağlı məsələlərə hər zaman həssas yanaşdığını deyib: ”Bir müddət əvvəl Suriyadan köçkün düşmüş türkmanlar – bizim soydaşlarımız – bizimlə görüş zamanı onların səsini burada duyurmamızı istədilər. Çox böyük acılar, əziyyətlə yaşayan türkman köçkünlər Assambleyanı onların yaşadığı faciələrə daha çox diqqət ayırmağa çağırır və onların həllində daha çox dəstək gözlədiklərini söyləyirlər. Suriyadan köçkün düşmüş bütün insanlar da bu çağırışı səsləndirir. Biz onların səsini duymalı və dəstəyimizi artırmalıyıq”.

Millət vəkili Q.Paşayeva Avropanı terrorla mübarizədə, köçkünlərlə bağlı məsələlərdə ikili standartlardan vaz keçməyə çağırıb və Türkiyəyə daha çox dəstək göstərilməli olduğunu deyib:” Biz Yaxın Şərqdə baş verən prosesləri daha geniş müzakirə etməliyik. Çünki artıq Avropa Şurası sərhədləri yaxınlığında baş verən ağır faciələr mütləq öz mənfi təsirini hamımıza, Avropanın təhlükəsizliyinə daha çox göstərəcək ki, biz son aylar artan terror hadisələri ilə bunun şahidi oluruq. Surya ilə böyük sərhədləri olan və bu ölkədən köçkün düşmüş 3 milyondan artıq insana qapılarını açmış üzv ölkə Türkiyəyə də Avropa Şurasıda olaraq dəstəyimizi daha da artmalıyıq. Təəssüf ki, bu dəstəyin yetərli olmadığını görürük. Terrorla mübarizədə də Türkiyəyə dəstək artmalıdır”.

 

”Suriyada yaşanan faciələrdən qaçmaq məcburiyyətində qalan insanlara etnik və dini mənsubiyyətində asılı olmayaraq, dəstək göstərmək bütün üzv ölkələr üçün vacibdir. Amma onlardan hansısa çirkin siyasi oyunlar üçün istifadə etmək doğru deyil və bu, beynəlxalq sənədlərdə də öz əksini tapır. Eyni zamanda, bu, insani dəyərlərlə də doğru yanaşma deyil. Ona görə də Suriyadan qaçmaq məcburiyyətində qalan ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsinin ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına da zidd olduğunu diqqətə çatdırır və buna son qoyulmasının vacibliyini xüsusi vurğulamaq istəyirəm.

Ermənistan dövləti onları Ermənistanın bölgələrinə deyil, məhz işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməklə onlara ziyan verməklə yanaşı, Avropa Şurasının da üzərində dayandığı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Assambleyamızda bir neçə dəfə Avropa şurası baş katibi, Avropa Şurası prezidenti tərəfindən də münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların atılmaması çağırışları edilib. Biz Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan köçkün düşmüş insanların münaqişə bölgələrinə köçürülməsinə son verilməsinə çağrırıq. Məruzəçimizin bu məsələyə xüsusi diqqət yetirməsini istərdik. Avropa Şurası Ermənistana buna son vermək üçün təzyiq göstərməlidir”

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture