/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qərbi Azərbaycanda bəzi namzədlər kürd geyimi ilə təbliğat aparır

Qərbi Azərbaycanda bəzi namzədlər kürd geyimi ilə təbliğat aparır

Oğuz TV: Güney Azərbaycan və İran şəhərlərində 10-cu parlamentinin seçkilərinə hazırlıq gedir. Keçən illərdə olduğu kimi, bu dəfə də seçkilər ərəfəsində Qərbi Azərbaycanda ictimai-siyasi vəziyyət ciddiləşir. Son məlumata görə, uzun illərdir Qərbi Azərbaycan Vilayətinə göz tikən kürd terror qruplaşmaları və radikal kürd millətçiləri terror aktları törətmək, istədikləri ərazilərə mühacirət etmək və qaçaqmalçılıq kimi açıq və gizli işləri ilə yanaşı Qərbi Azərbaycanda mənəvi hakimiyyəti də ələ almağa çalışırlar. Onlar Azərbaycan torpaqlarında öz mənəvi hakimiyyətlərini təmin etmək məqsədi ilə kürd dili, kürd geyimi və öz musiqilərini əhali arasında yayır və mağaza adlarını sürətlə dəyişdirirlər. Təəssüflər olsun ki, öz mənafelərini üstün tutan bəzi soydaşlarımız da sözügedən prosesə qoşulur və bu istiqamətdə hərəkət edərək mühacir kürdlərin mədəniyyətini Azərbaycan şəhərlərində hakim etməyə çalışır. Son məlumata görə, Xoy şəhərinin hazırkı millət vəkili kürdlərə aid bir toy mərasimində “kürd rəqsi” etdikdən sonra bu dəfə əslən Sayınqala türklərindən olan Mohebbiniya mühacir radikal kürdlərlə yaxınlaşmağa çalışıb. Qoşaçay, Sayınqala və ətraf bölgələrin keçmiş millət vəkili kürdlərin rəyini qazanmaq üçün onların məclisinə kürd geyimində qatılıb. Millətin nümayəndəsi olmağa iddialı olan şəxslərin bu şəkildə Azərbaycana arxa çevirməsi o halda baş verir ki, seçkilər ərəfəsində azərbaycanlı milli-mədəni fəallara qarşı təhlükəsizlik qüvvələrinin təzyiqləri yeni vüsət alıb və bu proses hələ də davam edir.

Comments,Baxışınız
oguz gif telegram