/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qərbi Azərbaycanda sitlər nəzarətə alındı

Qərbi Azərbaycanda sitlər nəzarətə alındı

Oğuz TV: 10-cu parlament seçkiləri yaxınlaşdıqca rejmin Güney Azərbaycana olan təzyiqləri də artır.

Belə ki, artıq Güney Azətbaycanda fəaliyyət göstərən bir sıra internet mətbuatı nəzarətə alınıb. Hətta İranın Ədliyyə Nazirliyinin Qərbi Azərbaycan şöbəsinin rəis müavini Pərviz Əlizadə internetdə fəaliyyət göstərən bəzi mətbuat orqanlarına xəbərdarlıq edib. Əlizada bəhmən ayının 10-da (30 yanvar) “Seçkilər və mətbuat vasitələri” adlı iclasda çıxışı zamanı bildirib ki, Qərbi Azərbaycanda fəaliyyət göstərən bəzi “qanunsuz” sitə və veblaqlar aşkar edilərək nəzarətə götürülüb. Pərviz Əlizadə onu da qeyd edib ki, seçkilər ərəfəsində sitələr və veblaqlarda sistemin əleyhinə məlumat yaymaq, etiraz və yığıncaqların keçirilməsi ilə bağlı yalan xəbər yaymaq, namzədləri təhqir etmək və s. kimi əməllər qanun pozuntusu hesab olunur.

Diqqətinizə çatdıraq ki, onsuzda mətbuat azadlığının olmadığı İranda özəlliklə, seçkilər qabağı fəaliyyət göstərən çox azsaylı internet mətbuatı da rejm tərəfindən bağlanılır, ya da ciddi nəzarətə götürülür.

Comments,Baxışınız
oguz gif telegram