/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qəzvin şəhərində işçilər etiraz eyləmi keçirdi

Qəzvin şəhərində işçilər etiraz eyləmi keçirdi

Oğuz TV: Güney Azərbacanın Qəzvin şəhərində Kontor fabrikinin işçiləri valilik binasının önündə  etiraz eyləmi keçirtdi.

Dövlətə aid 400 dən çox işçisi olan bu fabrikin işçiləri artıq 5 aydır ki, maaşlarını ala bilmirlər. 5 ildir ki, İrana qarşı dünyanın tətbiq etdiyi təhrimlər səbəbindən ağır durumda çalışan işçilər öz haqqlarını tələb etdi. Bu etiraz eyləmindən sonra fabrik rəhbərliyi tərəfindən onların siğortası ləğv edildi. Maaşları isə hələ də ödənilməyib. Rəhbərlik tərəfindən onlara belə cavab verilib: “ İran təhrimdədir və bu tərhrimin ağırlığını hər bir iranlı çəkməlidir”.

Lakin görünən odur ki, bu təhrimlər Güney Azərbaycan şəhərlərinə və insanlarına ödətdirilir. Fars bölgələrində belə durumlar demək olar ki yaşanılmır.

Bu da İran rejminin hər zaman Güney Azərbaycana bəslədiyi yad münasibətin nəticəsidir.

Comments,Baxışınız
oguz gif telegram