/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qəzvinli namizəd gələcək proqramını açıqladı

Qəzvinli namizəd gələcək proqramını açıqladı

Xəbər verdiyimiz kimi İranda bu il keçriləcək məslis seçkilərinə 200 dən çox Güney Azərbaycanlı milli fəallarda namizədliklərini irəli sürüblər. Onlardan biri də Qəzvindən namizəd olan xanım Süheya Karigərdi. Xanım namizəd  ötən gün jurnalistlərin  suallarını cavablandırıb.

Jurnalistin ona deputat seçilsəz proqramınız nə olacaq sualına Süheya xanım Qəzvinin bir Türk şəhəri olduğunu və burda yayimlanan tv-nin Türkcə yayımlanmalı olduğunu dilə gətirib. Türkcənin  hakim olmasını önə sürən xanım, İran qanunlarında Azərbaycan xeyrinə dəyişikliklərin edilməli  olduğunu və məclisə seçilərsə bu işlər üzərində çalışaçağını bildirib.

Xatırladaq ki, məclis seçkilərinə 200 dən çox milli fəal qatılmaq istəyini hökumətə bildirsələrdə, hələki onların namizədlikləri rəsmi şəkildə təsdiqlənməyib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture