/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qanlı mart qırğınından 98 il ötür

Qanlı mart qırğınından 98 il ötür

Oğuz TV: Tarixi vərəqlədikdə  Azərbaycan Türklərinin zaman-zaman müxtəlif soyqırımlara məruz qaldığının şahidi oluruq.

Belə qanlı qırğınlardan biridə 1296 fərvərdin (1918-ci ilin mart) ayında Bütöv Azərbaycanda yaşandığının şahidi oluruq. 1296-cı ilin isfənd (1918-ci ilin fevral)  ayından Güney Azərbcanın Urmu, Sulduz şəhərlərindən başlayan qırğınlar daha sonradan Quzey Azərbaycanın Bakı başda olmaqla bir sıra şəhərlərdə yaşandı.

1296-cı ilin 12 fərvərdinində (1918-ci ilin 31 martında) erməni daşnakları Bakıda kütləvi qırğınlara başladılar. Həmin gün təkcə Bakıda 12 min insan məhv edildi. Xarici mənbələrdə isə bu say 25 min göstərilir.

Şamaxı, Quba, Kürdəmir, Salyan və Lənkəranda da qətliamlar törədildi. Dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq xülyasında olan ermənilər tərəfindən Şamaxıda 7 min dinc sakin öldürüldü, 72 kənd dağıdıldı, Quba qəzasının isə 122 kəndi yandırıldı.

Sentyabra qədər davam edən qırğınlar zamanı 50 mindən çox insanın qətlə yetirildiyi bildirilir. Qafqaz İslam Ordusunun Nuru Paşanın komandanlığı altında Azərbaycana gəlişi qırğınların qarşısını aldı. İslam Ordusu 1100 əsgər, 30 zabit qurban verdi. Minlərlə azərbaycan Türkü  milli mənsubiyyətinə görə öldürüldü.

1296-cı il 25 tirdə (1918-ci il iyulun 15-də)  Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1297-ci ildə (1919-cu ildə) Azərbaycan parlamenti 31 Mart (12 fərvərdin) tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 1296-cı ilin 12 fərvərdinində  (31 mart 1918-ci ildə) Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub.

Azərbaycan tarixinin səhifəsinə qara hərflərlə yazılan  12 fərvərdin qırğını  1377-ci il 6 fərvərdindən (31 mart 1998-ci il martın 26-dan)  etibarən soyqırım günü kimi qeyd edilir. 

Quba şəhərində 1386-cı ildə (2007-ci ildə) stadion tikilişi zamanı böyük bir kütləvi məzarlıq tapılır. Aparılan araşdırmalardan sonra bu məzarlığın 1296-cı il fərvərdin (1918-ci il mart) qırğınları zamanı erməni daşnaqları tərəfindən öldürülmüş soydaşlarımıza aid olduğu ortaya çıxır.

Qeyd edək ki,mart soyqırımı Güney Azərbaycanın qərb bölgəsində erməni-kürt və aysorlar tərəfindən başladılmış, bu qırğınlar 45 min Azərbaycan Türkünün ölümü ilə nəticələnmişdi. Təkcə Urmuda 12-15 min Azərbaycan Türkündən ibarət südəmər körpədən tutmuş qoca qadına hərkəsi qətl etmişdilər.

 

Comments,Baxışınız
oguz gif telegram