/  
Ön yapraq » Oğuz xəbər » Qarabağ cəbhəsindən son xəbərlər

Qarabağ cəbhəsindən son xəbərlər

OğuzTV:Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 115 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Qızılhacılı kəndində, Ağstafa rayonunun Köhnəqışlaq kəndində, Berd rayonunun Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə atəşə tutulub.Bu dəqiqə gedən savaşda yenədə bizə qarşı rus hərbu qüvvəsi dayanır. Bunu sübut etmək üçün heç də uzağa gedmək lazım deyil Ermənilərin yaydıqları videoya diqqətlə baxıb, qulaq assanız siz rus dilində danışıqları eşidə bilərsiniz. Lakin əvvələrdə qeyd etdiyimiz kimi, Azərbaycan əskəri rus ordusu mifini dağıtdı və sübut etdi ki, o ixtiyarı bir düşmənlə vuruşar və qələbə çalar!
Goranboy rayonunun Gülüstan, Tərtər rayonunun Göyarx, Yarımca, Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Mərzili, Yusifcanlı, Qaraqaşlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 120 dəfə atəş zərbəsi endirib.

 


 
3000 erməni Qarabağdan qaçıb
Dağlıq Qarabağ münaqişəsi zonasında aprelin 1-də hərbi əməliyyatlar başlanandan sonra yerli ermənilər ev-eşiklərini tərk edərək qaçmağa başlayıblar.

Mir.Az Ermənistan mediasına istinadən bildirir ki, ilkin məlumatlara görə, Ağdərə, Əsgəran, Hadrut və Martuni rayonlarını tərk edən ermənilərin sayı artıq 3 min nəfəri keçib.
Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətinin nümayəndələrinə görə, Dağlıq Qarabağdakı xəstəxanalar yaralı hərbçilərlə doludur. Dərman vasitələri çatışmır. Qırmızı Xaç Xankəndi şəhərindəki xəstəxanalara dərman preparatları, tibb dəstləri və sarğı materialları yollayıb.
Hadrut və Ağdərə rayonlarının faktiki olaraq boşaldığı da vurğulanır.
Hetq.am bildirir ki, atəşkəs elan olunsa da, Ağdərə və Hadrutdan olan erməni ailələri evlərinə qayıtmaq istəmirlər.

Rusiya Azərbaycan sərhədində

Rusiya ordusu Dağıstanda böyük hərbi təlimlərə başlayıb.
RF-in Cənub hərbi dairəsinin motoatıcı briqadasının təxminən 1000 hərbi qulluqçu və 300-dən çox hərbi texnika “Dalni” poliqonuna yollanıb. RF ordusu burada taktiki təlimlər keçəcək.

Təlimdə silahlardan və qumbaraatanlardan istifadə edilməsi planlaşdırılır. “Qrad” və “T-90A” tankları və piyada döyüş maşınları təlimlərdə yer alacaq.

Təlim bir neçə gün davam edəcək və 9 apreldə yekunlaşacaq. Rusiya, ABŞ və digər dünya və regional dövlətlər tərəfindən gələn bütün tənqidə baxmayaraq, hazırkı vaxtda Azərbaycan və Ermənistanı münaqişənin davam etdirilməsindən saxlaya biləcək qüvvə yoxdur

Qaynar.info oxu.az-a istinadən bildirir ki, bu barədə gazeta.ru-ya Siyasi və hərbi təhlil institutunun direktor müavini Aleksandr Xramçixin bildirib.

“Bu kontekstdən ATƏT və KTMT-nin rolunu müzakirə etməyin heç bir mənası yoxdur, çünki regional təşkilatlar yalnız danışıqlar apara bilərlər və prosesə heç bir real təsirləri yoxdur, – deyə, ekspert bildirib. Vəziyyəti dəyişə biləcək yeganə tərəf Rusiyadır. Lakin hazırda müdaxilə etmək onun maraqlarında deyil.

Xramçixinin sözlərinə görə, Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlar Dağlıq Qarabağdan kənara çıxmasa, Rusiya münaqişəyə müdaxilə etməyəcək.

“İş ondadır ki, Moskva İrəvanla müdafiə sazişləri ilə bağlıdır, bu sazişlər Ermənistan ərazisinə təhdid olduqda müdaxiləni nəzərdə tutur. Bundan başqa, erməni hava hücumundan müdafiə sistemində Rusiya elementləri iştirka edir, o cümlədən S-300 sistemləri”, – deyə, MDB ölkələrinin İnstitutunun ŞƏT-inj Avrasiya inteqrasiyası və inkişafı şöbəsinin rəhbəri Vladimir Yevseyev bildirib.

Onun rəyinə görə, bütün bunlar Azərbaycana hücum əməliyyatını bilavasitə Ermənistana deyil, onun nəzarətindəki formal muxtar “DQR”ə qarşı başlamaq üçün əhəmiyyətli arqument verir.

“Əsas təhlükə ondadır ki, Dağlıq Qarabağ ətrafında gərginlik son dərəcə yüksəkdir, – deyə, ekspert bəyan edib. Bu ona gətirə bilər ki, hərbi təxribatlar regiondan kənara çıxa və Azərbaycan ilə Ermənistanın sərhədlərində baş verə bilər. Bax o zaman Rusiyanın müdaxiləsi üçün bütün zəruri şərtlər yaranacaq”.

Türkiye haker ordusu  Ermənistana sayberi hücum etdi
Türk haker qrupu Ermənistanın rəsmi qurumlarına aid bir çox internet saytını dağıdıb. Bu barədə məlumat “Aslan Neferler Tim” adlı haker qrupunun sosial şəbəkədəki səhifəsində yayılıb. Bildirilir ki, Ermənistan Baş Qərargah İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi, Milli Arxiv İdarəsi, Enerji Nazirliyi, Mülki Aviasiya İdarəsi, Dövlət Meteorologiya İdarəsi, Ekologiya Nazirliyi, Xüsusi Xidmət İdarəsi, İqtisadi İnkişaf üzrə Dövlət Komitəsi, Standartlaşdırma İdarəsi, Ombudsman Aparatı, Milli Olimpia Komitəsi və s. qurumların rəsmi internet saytları dağıdılıb. Qeyd olunub ki, Ermənistan dövlətinə yönəlmiş kiber hücumlar bundan sonra da davam etdiriləcək. Hücuma məruz qalan səhifələrin bəzisi öz fəaliyyətini bərpa etsə də, bir çox sayta giriş hələ də mümkün deyil

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture