/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qaradağən kəndində rejim ilə əhali arasında qarşıdurma yaşanır

Qaradağən kəndində rejim ilə əhali arasında qarşıdurma yaşanır

OğuzTV: İran rejmi Güney Azərbaycanın sərvətini talamaqda davam edir. Qaradağın Zendəva kəndində geniş mis yataqlarının var. İran dövləti 14 mordadda bu bölgəyə gələrək mis yataqları üzərində yeni bir fabrik tipmək istəyir. Yataqların yerləşdiyi bu yerlər isə, yerli əhalisin əkin sahəsidi. 

Əhali məmurların bu istəyinə qarşı çıxaraq, burada Süngündəki kimi bir fabrikin tikilməsinə izn verməyəcəklərini bildiriblər. Belə olan halda rejmin məmurları ilə yerli əhali arasında qarşıdurma yaşanıb. 

Bölgədən əldə etdiyimiz bilgiyə görə,qarşıdurma zamanı xeyli sayda yaralanan var. Yaralananalar arasında qadınlarında olduğu bildirilir. 20-dən çox soydaşımız isə  tutuqlanıb.Tutuqlananlardan bir neçəsinin kimliyini müəyyənləşdirmək mümkün olub. 

Bunlar, Mehdi Cədidi, Əsəd Cədidi, Cəfər Qəffari, Nasir Qəffari, Məhəmmədcavad Qəffari, Səfər Cədidi, Sahib Cədididi. 

Bölgədə gərginlik hələ də davam edir. 

Kənd sakinləri bildirirlər ki, Süngün mədənini qurdular, Azərbaycanın sərvətini talayırlar, lakin yerli əhalinin iqtisadi durumu ağır vəziyyətdədi. İnsanlar işsiz-gücsüzdü. İndi də bu yataqlar üzərində yeni bir Süngü yaradacaqlar və torpaqlarımızı əlimizdən alacaqlar, özümüz də ac-susuq qalacağıq. 

Rejim baş verən qarşıdurmanı basdırmaq üçün xeyli sayda SİPAH silahlısını bölgəyə yollayıb. 

 

Comments,Baxışınız
oguz gif telegram