/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qaradağ İran rejminin və ölümcül xəstəliyin mühasirəsində (VİDEO)

Qaradağ İran rejminin və ölümcül xəstəliyin mühasirəsində (VİDEO)

Oğuz TV:  Son günlərdə Qaradağ mahalının kəndlərində “dabaq” xəstəliyinin yayılması nəticəsində yüzlərlə iri və xırda buynuzlu heyvanlar ölüb.

Bölgədən əldə etdiyimiz bilgiyə görə, dövlətin hər il kəndlilərə verməli olduğu “aşı”nı verməməsinin nəticəsində bu qədər mal-heyvan qırılır.

Dövlət isə Qaradağ zəlzələsində olduğu kimi yenədə səsiz qalır. Bölgənin bayrat həkimləri əllərindən gələni etsələr də, lakin onların bu cəhdlərinə baxmayaraq, xəstəlik sürətlə yayılmaqdadı.

Bölgədə baytar fəaliyyəti göstərən həkimlərdən birinin verdiyi bilgiyə görə, Ərdəbil, Meşkin bölgələrindən də baytarlar Qaradağa  yardıma gəliblər. Bütün bunlara baxmayaraq, hələki bu xəstəliyin qarşısını almaq mümkün deyil.

Dövlət isə, onsuzda geçikdirdiyi “aşı” iynəsini bölgə əhalisinə vermək niyyətində deyil.

Eynən 2012-ci ildə Qaradağda baş verən zəlzələdə olduğu kimi, yenədə Qaradağ mahalı öz taleyinin ümidinə və ətarfdan yardıma gələn qeyrətli insanlarımızın köməyinə möhtac qalıb.

İran dövlətinin baxımsızlığı və bölgədə iqtisadi inkişafa imkan verməməsi nəticəsində bugün Qaradağ mahalı ən kasıb bölgə olaraq bilinir.

 

Comments,Baxışınız
oguz gif telegram