/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Qaradağda Elat bayramı davam edir (FOTOLAR)

Qaradağda Elat bayramı davam edir (FOTOLAR)

Oğuz TV:  Ənənəvi olaraq hər il Qaradağın yaylaqlarında keçirilən Elat bayramı bu il də təşkil edildi. Əsasən köçəri həyat sürən soydaşlarımızın öz kültürlərini, yaşam tərzlərini nümayiş etdirdikləri bayramda bu il diqqətləri daha çox vərni nümayişi çəkdi. 

Bu Elat bayramında Qaradağ elatları ilə yanaşı, Batı Azərbaycan və Ərdəbilin elatları da iştirak edib. 

Hər elat tayfasının öz kültürünü nümayiş etdirdiyi bu bayramda, çadırlar qurulub, at yarışları təşkil edilib, müxtəlif yeməklər bişirilib və elat tayfalarına aid vərnilər nümayiş etdirilib. 

Nümayiş olunan vərnilərdə diqqət çəkən isə, vərnilərin “Oğuz Kağan” tamğası kimi tanınan qədim Türk tamğaları ilə bəzədilməsi olub. Demək olar ki, Güney Azərbaycanın müxtəlif bölgələrindən olan elat tayfalarının hamısının vərniləri bu tamğalarla süslənilib. 

Hər il təşkil edilən bu kültür nümayişində haqqlı olaraq İrana, farslara aid heç bir nümunənin yer almaması, hərzaman olduğu kimi, yenə də rejmin narazılığı ilə qarşılandı. 

Öz əlaltıları vasitəsi ilə dinc şəkildə kültür bayramlarını qeyd edən soydaşlarımıza  rejim müxtəlif manelər törədir. 

Sərgiyə gələn insanlara, sərgidə nümayiş olunacaq kütürəl əşyaların gətirilməsinin qarşısının alınması, rejmin Elat bayramına törətdiyi manelər sırasındadı. 

Bundan başqa rejimin məmurları xalqdan nümayiş olunan vərnilərin üzərinə İran yazmalarını tələbetməsi də haqlı olaraq insanların etirazına səbəb olur. 

Lakin bütün manelərə baxmayaraq, 1 həftədir başlayan Elat bayramı hələ 3 gün də davam edəcək. 

 

Bu slaydşou üçün JavaScript lazımdır.

 

Comments,Baxışınız
oguz gif telegram