/  
Ön yapraq » Oğuz xəbər » Qardaş Türkiyənin siyasi sistemi çalxalanır

Qardaş Türkiyənin siyasi sistemi çalxalanır

OğuzTV:Bugün Qardaş Türkiyədə 24 iyun 2018-ci il prezident və 27-ci dövr parlament seçkisinə hazırlaşır. Az altı ay qabaq təşkilatını yaratmış və böyük qurultaylarını edən 10 partiya iştirak edəcək.

O partiyalar bunlardır:

  1. Ədalət və İnkişaf Partiyası (Ak Partiya),
  2. Müstəqil Türkiyə Partiyası,(MTP)
  3. Böyük Birlik Partiyası (BBP),
  4. Cümhuriyyət Xalq Partiyası (CHP),
  5. Demokrat Partiya,(DP)
  6. Xalqların Demokratik Partiyası (HDP),
  7. İYİ Partiya,
  8. Milliyyətçi Hərəkat Partiyası (MHP),
  9. Səadət Partiyası 
  10. Vətən Partiyası

Türkiyə əhalisinin 43,5%-i prezident seçkisində Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək. Bu nəticə “Gezici” araşdırmalar mərkəzinin keçirdiyi sorğudan sonra ortaya çıxıb.

Mərkəz Ərdoğandan sonra ən böyük dəstəyin Maral Akşənərə (18,6%) verildiyini bildirib. Ondan sonrakı yerləri isə Əhməd Türk (11,1%), Kamal Kılıçdaroğlu (9,7%), İlker Başbuğ (9,5%), Abdullah Gül (5,3%), Temel Qaramollaoğlu (1,5%), İlhan Kəsici (0,5%) tutub.

Sorğuya əsasən, prezident seçkisi ikinci tura qalacağı təqdirdə əsas mübarizə Ərdoğanla Akşənər arasında gedəcək. Bu zaman Ərdoğanın səs faizi 45,6%, Akşənərdə isə 41,8% olacaq.

Ortada 12,6%-lik səs bitərəf qalacaq. Türklərin dəstəklədiyi partiyaya gəldikdə, burada da müəyyən dəyişikliklər müşahidə edilib. Belə ki, əhalinin 45,8%-i hələ də Ədalət və İnkişaf Partiyasına güvəndiyini bildirib.

Əvvəlki dönəmlərə baxdıqda, Ərdoğanın partiyası ciddi səs itkisinə məruz qalıb. Eyni aqibətlə CHP və MHP də üzləşib. Partiyanın dəstəkçilərinin sayı 19,7%-ə qədər azalıb.

Ən böyük azalmanı Milliyətçi Hərəkat Partiyası (7%) və Xalqların Demokratik Partiyası (9,7%) nümayiş etdirib. Beləliklə hər ikisi baraj altına düşəcək.

Ən böyük artım isə İYİ Partiyasında müşahidə edilib. Partiyanın dəstəkçilərinin sayı 16,3%-ə yüksəlib. Sorğunun nəticələri ilə bağlı “Sözcü” qəzetinə açıqlama verən şirkətin rəhbəri Murad Gezici CHP-nin bu seçkidə doğru namizəd ortaya çıxarmayacağı təqdirdə məğlub olacağını bildirib: “Əkmələddin İhsanoğlu CHP-nin namizədi olanda seçkiyə 26% şəxs qatılmamışdı. Bunun 78%-ni CHP-çilər təşkil edirdi. CHP əgər Kamal Kılıçdaroğlu və ya İlkər Başbuğu namizəd göstərsə, seçki ikinci tura qalacaq. İYİ Partiyası 2007-2009-cu illərdə AKP, CHP və MHP-nin aralarında böldüyü sağ mərkəzçi səsləri öz yanına yığmağa başlayıb.

Hazırda həmişək kimi AKP-nin 17% özünə sadiq olmayan, məcburiyyətdən AKP-yə yönələn dəstəkçisi var. Bunların iqtidar partiyasından qopma ehtimalı yüksəkdir”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture