/  
Ön yapraq » Oğuz xəbər » Qaşqay Türkləri zəfərlərini Təbrizə həsr etdikləri mahnılarla qutladılar
تیم قاراداغ قشقایی

Qaşqay Türkləri zəfərlərini Təbrizə həsr etdikləri mahnılarla qutladılar

Oğuz TV: İranın işğalında saxladığı Türk topluluqlarından biri olan Qaşqay Türklərin takımı işğalçı farsların takımını yendi. 

Beləki, Qaşqayların “Came Həzfi” də oynayan takımı “Qaradağlar” bu gün  qrup oyunlarının 1/16 mərhələsində farsların rasist yandaşları ilə bilinən takımı “Perspolis”i yendi. 

Şirazın “Hafiziyyə” meydanında oyunanılan oyunun əsas hissəsi 1-1 bərabərliklə sona çatdı. Qalib onbirmetrlik cərmə zərbələrində müəyyən olundu. 

Onbir metrlik atışları daha yaxşı yerinə yetirən Qaradağlar takımı rəqibini yenərək növbəti mərhələyə çıxmağa bacardı. 

Qaradağların bu zəfəri bütün Qaşqay Türklərini ayağa qaldırdı. Takımlarını dəstəkləməyə gələn Qaşqaylar zəfərlərini Türk millətinin simgəsi olan Bozqurd işarəti tutmaqla, “Mən Türkəm”, “Qaşqay Elindən salam olsun Təbrizə”, “ Nə qırmız, nə mavi, takım fəğət Qəşqai” və s. sözlər yazılmış pankartlarla, eyni zamanda Türkcə mahnilarla qutladılar. 

Qaşqay Türkləri bu zəfərlərində “Traxtur”u da unutmadılar. Yandaşlar açdıqları pankartlarda və söylədikləri mahnilarda “Traxtur”a öykülər söylədilər. 

Qaşqay Türklərinin zəfərlərini belə qutlamaları fars mediyasının diqqətindən yayınmadı. 

Türk düşmanlığı ilə tanınan fars mediası Qaşqayilərin bu zəfərini “bölücülərin əlləri Azərbaycandan Qaşqaylara qədər uzandı” kimi cümlələrlə ifadə etdilər. 

 

Comments,Baxışınız
oguz gif telegram