/  
Ön yapraq » Oğuz xəbər » Qazaxıstandan sonra Qırğızıstan da latın-Türk qrafik əlifbesinə keçir.

Qazaxıstandan sonra Qırğızıstan da latın-Türk qrafik əlifbesinə keçir.

OğuzTv:Türk dünyasın Qırğızıstanvə Qazaxıstanın latın qrafikasına keçidlə bağlı qərar verməsini müsbət addım hesab edir. Türk yurdları üçün latın-Türk qrafiki ən yararlı və türk dilinə yatqın qrafika hesab edilir . Qırğızıstanın bu qərarı haqda Qırğızıstan parlamentinin iclasında “Ata Meken” partiyasının deputatı Kanıbek İmanaliyev bildirib.

” 2030-2040-cı illərə qədər demək olar ki, hamı latın qrafikalı əlifbaya keçəcək. Bu, dövrün tələbidir”- İmanaliyev əlavə edib.

Nazarbayev latın əlifbasına keçilməsi ilə bağlı sərəncam imzaladı

Qırğızıstanda hal-hazırda kiril əlifbası istifadə olunur. Çinin ərazisində yaşayan qırğızlar ərəb yazısından istifadə edirlər. Keçən əsrin 30-cu illərində Sovet İttifaqında latın qrafikalı qırğız ədəbiyyatından istifadə olunub.

Qazaxıstan prezidenti Nursultan Nazarbayev latın-Türk əlifbası əsasında Qazaxıstan əlifbasının vahid standartının hazırlanması ilə bağlı sərəncam imzalayıb.

Bu barədə Qazaxıstanın dövlət qəzeti olan “Eqemen Kazaxıstan” qəzetində məlumat yer alıb. Sərəncama əsasən 2017-ci ilin sonuna kimi latın qrafiki ilə vahid Qazaxıstan əlifbası standartı hazırlanmalıdır. O, yeni əlifbanın öyrənilməsi üzrə mütəxəssislərin 2018-ci ildən işə başlaması və orta təhsil müəssisələri üçün yeni əlifba ilə dərsliklərin hazırlanması barədə də göstəriş verib. Prezident bildirib ki, 2025-ci ildə Qazaxıstan artıq sənədləşməni, dövri nəşrləri və dərslikləri latın əlifbası ilə çıxarmalıdır.Xatırladaq ki, 1929-1940-cı illərdə Qazaxıstan latın əlifbasından istifadə edib. (apa)

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture