/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » “Qırmızı Qurdlar” səfərdən zəfərlə döndü (Görüntü)

“Qırmızı Qurdlar” səfərdən zəfərlə döndü (Görüntü)

Oğuz TV: Xəbər verdiyimiz kimi 12 isfənd (2 mart) Traxtur takımımız Asiya Çempionlar Liginin qrup mərhələsində ikinci oyununa çıxdı.

Rəqib Birləşmiş Ərəb Əmirliyinin Əlcəzirə takımı idi. Oyun rəqibin Mohammed Bin Zayed meydanında baş tutudu. Asiya Liginə iddialı başlayan takımımız, bu oyunda da  bir daha ən güclü olduğunu sübut etdi. Rəqib meydanda oynamasına baxmayaraq, rəqibinə göz açmağa imkan verməyən Traxtur oyunu 1 – o qazanaraq, çempionatdaki ikinci oyununu da zəfərlə tamamladı. Traxturun və oyunun tək qolunu 31-ci dəqiqədə Bəxtiyar Rəhmani vurdu.

 

Beləliklə, Asiya Çempionlar Ligindəki tək takımımız olan Traxtur C qrupunda keçirdiyi ikinci oyunu da qalibiyyətlə başa vuraraq 6 xalla bu qrupda liderliyini davam etdirdi.

Xatırladaq ki, Asiya Çempionlar Ligində takımımız növbəti oyununu 25 isfənddə (15 mart) qardaş Özbəkistanın Paxtakor takımına qarşı oynayacaq.

Bu zəfər münasibəti ilə bütün Traxtur yandaşlarını qutlayır, takımımızın qalibiyyətlərinin sonsuz olmasını diləyirik.
TTTTTTİRAXTOR

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture