/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Qondarma kürdistan istəyinə təbkilər artır
Türkiyə ,İraq ,Alman..: Kürdistanı tanmıyacayıq آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Qondarma kürdistan istəyinə təbkilər artır

OğuzTV:”İraq hakimiyyəti qondarma Kürdüstanın müstəqilliyinin əldə edilməsinə yönəlik istənilən birtərəfli addımlara qarşı çıxış edəcək”.

“Röyters” agentliyi xəbər verir ki, bu haqda İraq hökumətinin nümayəndəsi Saad əl-Xadit deyib.”Heç bir tərəf digər tərəflərdən asılı olmadan İraqın taleyi barədə müstəqil qərar verə bilməz. İraq Konstitusiya üzrə demokratik federativ dövlətdir. İraqda istənilən tərəfin atdığı istənilən addımlar konstitusiyaya söykənməlidir”.Qərara Türkiyə Xarici İşlər Nazirliyindən də sərt reaksiya verilib. Verilən bəyanatda referendum qərarı “dəhşətli bir səhv” kimi qiymətləndirilib.

Türkiyə
«İraq Kürdistan Muxtariyyatının referendum qərarıyla əlaqədar açıqlama verən Türkiyə xarici işlər nazirliyi, bunu “dəhşətli bir səhv olaraq görürük” deyərək reaksiya verib».Xarici işlər nazirliyindən edilən açıqlamada Kürdistan Muxtariyyatının sentyabr ayında edilməsi planlanan müstəqillik referendumu ‘dəhşətli bir səhv’ olaraq qiymətləndirilib.Xarici işlərin nazirliyinin açıqlamasında bunlar deyilib: “Bunun dəhşətli bir səhv təşkil edəcəyini düşünürük. İraqın torpaq bütövlüyünün və siyasi birliyinin mühafizə edilməsi Türkiyənin İraq siyasətinin təməl qanunlarından biridir”.
Alman

Almaniyanın Xarici İşlər naziri Ziqmar Qabriyel İraqda keçiriləcək referenduma öz münasibətini bildirib.Oğuztv xəbər verir ki, Z.Qabriyel İraqın bütövlüyünü təhlükəyə salmağın və yeni sərhədlər yaradılmasının doğru yol olmadığını söyləyib.

Qeyd edək ki, İraq Türkmən Cəbhəsinin deputatı Aydın Maruf Məsud Bərzaninin referendumu 25 sentyabrda, İraq Kürd Regional millət vəkili seçkilərinin isə 6 noyabrda keçirilməsinə qərar verdiyini bildirib.Hənçenin bildirməliyik ki İraq dövləti bu refrandomü qınayıb və deyib bu hal baş verərsə iraq ordusu qondarma kürdüstan iqliminə qarşı çixacaq və lazim gələrsə Türkiyə ordusundanda yardim istəyəcək.Almaniyadan başqa, Rusya prezidentı veladimer putinde resmi çixişda, qondarma Kürdüstanın istiqlalına muxalifətını bəyan edib, Türkiyədə deyib bu halda kürdüstanı ağır cəzalandıracayıq, İran və Surya rəsmiləridə narazilıqın elan edib.

Xatırladaq ki, Şimali İraq kürd muxtariyyəti cari ilin sentyabrın 25-də müstəqillik referendumunun keçirilməsi barədə qərar verib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture