/  
Ön yapraq » Məqalə ,Analiz və söyləyiş » Quzey Azərbaycan olaraq İranda(əsir) G. Azərbaycanlıların taleyinə biganə qala bilmərik-Analiz
Quzey Azərbaycan olaraq İranda(əsir) G. Azərbaycanlıların taleyinə biganə qala bilmərik,

Quzey Azərbaycan olaraq İranda(əsir) G. Azərbaycanlıların taleyinə biganə qala bilmərik-Analiz

OğuzTv:Ötən həftə İran adlanan yerdə baş verən İrançılıq mərkəzli aksiyalar bu ölkənin Amerika ilə münasibətlərini daha da gərginləşdirib. Keçirilən aksiyaların ssenarisinin Ağ Ev tərəfindən hazırlanması ilə bağlı meydana çıxan iddialar durmadan artır. Tərəflər bir-birini ən sərt şəkildə tənqid edir, təhdidlər səsləndirməkdən çəkinirlər.

Siyasi şərhçilər 12 il öncə hər iki ölkə arasında baş verən məlum qarşıdurmanın yenidən təkrarlandığını bildirirlər. 12 il öncəki gərginlikdə rəsmi Bakının tutduğu mövqe hər kəsə aydındır. O zaman ölkə başçısı İlham Əliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazisindən üçüncü ölkənin İranı vurmasına icazə verməyəcək. İndi də belə bir situasiya yaranarsa, Azərbaycanın həmin mövqeyi təkrarlayıb-təkrarlamayacağı, bu xətti tutub-tutmamasının vacibliyi müzakirə edilir.

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ile ilgili görsel sonucu

 

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, İran təxminən hər 8-10 ildən bir qaynayır: “Bu ölkədə kiçik və böyük təlatümlər baş verir. İrandakı etirazın arxasında ilk baxışdan sosial narazılığın olduğu görüntüsü var idi. Ancaq bu həqiqətən elə görüntüyə oxşayır. Yürüşlərdə siyasi şüarlar da səsləndi, rejim əleyhinə, hətta Tehranın Qüds və Suriya məsələsində fəallığı əleyhinə şüarlar eşidildi. İran rəsmiləri sosial sahədə problemlərin olduğunu etiraf etsələr də, yürüşlərin arxasında xarici qüvvələrin və daxili düşmənlərin olduğunu iddia edir, hətta qətlə yetirilənlərin xarici kəşfiyyat orqanlarının işi olduğunu bildirirdilər. Mən istisna etmirəm ki, işin içində həqiqətən İranın regional siyasətindən narazı qalan ABŞ, Səudiyyə Ərəbistanı və İsrail var idi. Ancaq bütün hallarda İran iqtisadiyyatı ağır vəziyyətdədir, inflyasiya və qiymətlər artır. İran müxtəlif ölkələrdəki radikal şiə qruplara milyardlarla dollar maliyyə ayırır. Bu amil də İrandakı insanları narahat edir. Azərbaycan İranın daxili işlərinə qarışmır və qonşu dövlətdə sabitliyin tərəfdarıdır. Ancaq İranda(əsir) yaşayan Azərbaycanlıların taleyinə biganə qala bilmərik, ikincisi də Tehranın Ermənistanla yaxınlığı, işğalçı dövlətə nəfəslik verməsi bizi narahat edir. Odur ki, İranda gələcək dəyişikliklərin bu ölkənin xarici siyasətinə təsir etməsini arzulayırıq”.

 

Cavanşir ABBASLI,

Comments,Baxışınız
oguz gif telegram