/  
Ön yapraq » Oğuz xəbər » Quzey Azərbaycan pasportu dünyanın etkinləri içində

Quzey Azərbaycan pasportu dünyanın etkinləri içində

OğuzTv :Dünyanın ən etkin və güclü pasportlar reytinqləri içində Quzey Azərbaycan`da var.

ANS PRESS-in verdığı  məlumatına görə, siyahını Amerika konsaltinq şirkəti olan “Arton Capital” hazırlayıb. Listen hazırlanmasında Beynəlxalq Hava Nəqliyyatı Agentliyi (IATA) və digər mənbələrin məlumatlarından istifadə edilib. “Passport Power Rank” siyahısı sahibinin neçə ölkəyə vizasız səyahət edə bilməsi əsasında hazırlanıb.

Dünyanın ən güclü pasportu Amerika  və Böyük Britaniyada olub. Bu iki dövlətin vətəndaşları vizasız 147 ölkəyə gedə bilərlər. İkinci yerdə üç ölkə var – Fransa, Cənubi Koreya və Almaniya. Ölkə vətəndaşları 145 ölkəyə asanlıqla səyahət etmək imkanına malikdir.

Azərbaycan pasportu listədə 57-ci pillədə qərarlaşıb. Azərbaycanlıların 61 ölkəyə vizasız gediş-gəliş imkanı var.

Azərbaycanın ən yaxın qonşusu olan Rusiya 36, Postsovet məkanı ölkələrindən Özbəkistan 64, Ukrayna 38, Belarus 52, Qazaxıstan 53, Türkmənistan 70, Qırğızıstan 63, Tacikistan isə 64-cüdür.

Vizasızlıq qiyməti nə qədır yüksək olsa pasport siyahıda bir o qədər yüksk yer tutur. “Pasportun gücü” qiymətləndirilməsi 199 ölkə üçün aparılıb. Onlardan 193-ü Birləşmiş Millətlər Təşkilatı üvzüdür.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture