/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Quzey Azərbaycan pasportunun dəyəri dahada yüksəlir ,Avropa Azərbaycan üçün viza rejimini qaldıra bilər

Quzey Azərbaycan pasportunun dəyəri dahada yüksəlir ,Avropa Azərbaycan üçün viza rejimini qaldıra bilər

OğuzTV:Avropa Birliyi (AB) və Quzey Azərbaycan arasında vizasız rejimin tətbiqi imkanı istisna deyil.

Bunu Trend-ə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber deyib.H.Salber qeyd edib: “Vizasız rejim tətbiq edilməzdən əvvəl bir çox məsələlər, o cümlədən texniki məsələlər həll olunmalıdır. Tərəflər bir sıra prosedurları keçməlidirlər. Əgər bütün aprektlər razılaşdırılsa və müəyyən edilsə, AB və Azərbaycan arasında vizasız rejim prinsipcə mümkün olacaq”.

Xüsusi nümayəndə müvafiq razılaşmanın əldə olunması ilə bağlı dəqiq tarixi deməyib:”Bu məqsədə çatmaq üçün konkret tarix barədə nəsə demək hələ çətindir. Tərəflər belə imkana baxılmasının erkən mərhələsindədirlər. Lakin bu perspektiv istisna edilmir”.

H.Salber AB ilə Quzey Azərbaycan arasında münasibətləri kifayət qədər geniş və hərtərəfli adlandırıb.Onun sözlərinə görə, ikitərəfli münasibətlər əvvəlki illərlə müqayisədə ən yüksək səviyyədədir: “Tərəflər arasında yeni saziş siyasət, ticarət və energetika sahələri daxil olmaqla, əməkdaşlığın müxtəlif aspektlərini əhatə edir”.Diplomat yeni saziş üzrə danışıqların bu il başa çatacağına ümid etdiyini bildirib: “Yeni saziş gələcək əməkdaşlıq üçün möhkəm və əlverişli baza yaradacaq”.
Xatrırladaq bugün Azərbaycan vətəndaşları çoxlu ölkələrdən (iran Gürcustan,ermənistan,Türkiyə… dən) daha qolay viza alaraq Avropaya səfər edirlər ,Əyər viza rejimi qalxarsa Azərbaycan vətəndaşları Avropa ölkələrinin bir parçası kimi  avropa ölkələrinə vizasız səfər edəcəklər.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture