/  
Ön yapraq » Oğuz xəbər » Quzey Türkmənistan :İran düz danışmır biz Qaçaqçı iranlı öldürdük
Quzey Türkmənistan :İran düz danışmır biz Qaçaqçı iranlı öldürdük

Quzey Türkmənistan :İran düz danışmır biz Qaçaqçı iranlı öldürdük

OğuzTV:Türkmənistan hökuməti  Xəzərdə öldürülən iranlılar “balıqçı” yox, narkotik maddə qaçaqmalçıları olduğunu deyib.

Quzey Türkmənistan Xarici İşlər Nazirliyi martın 23-də bəyanat yayaraq, bir neçə gün əvvəl bu ölkənin su sərhədlərində öldürülən İran vətəndaşları barədə açıqlama verib.

 

Bəyanatda bildirilir ki, Türkmənistan dəniz sərhədçilərinin odlu silahdan açdığı atəş nəticəsində öldürülən iranlılar “balıqçı” yox, narkotik maddə qaçaqmalçıları olub: “Xəzər dənizinin Türkmənistana məxsus hissəsində hərəkətdə olan və çoxlu miqdarda narkotik maddə daşıyan bu şəxslərin qayığına əvvəlcə dəniz sərhədçilərimiz tərəfindən bir neçə dəfə xəbərdarlıq edilib. Lakin onlar bu xəbərdarlığa məhəl qoymayıblar. Nəticədə türkmən sərhədçilər onlara atəş açmaq məcburiyyətində qalıblar”.

 

Bəyanatda hadisənin dettaları, ölən və yaralanaraq ələ keçirilən iranlıların adları açıqlanmayıb.Xatırladaq ki, martın 20-si axşam saatlarında Türkmənistan sərhəd sularını pozan 4 İran vətəndaşı bu ölkənin dəniz sərhədçilərinin odlu silahdan açdığı atəşə məruz qalıb. Nəticədə 2  nəfər yerindəcə həlak olub, 2 nəfər yaralanıb. Yayılan ilkin məlumatlarda,  İran tərəfi bu şəxslərin “balıqçı” olduğunu və balıq tutarkən hücuma məruz qaldıqlarını iddia etmişdi.

 

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi martın 22-də jurnalistlərə açıqlamasında, baş vermiş olaya görə, Türkmənistan hökumətinə rəsmi etiraz notası verildiyini və onlardan hadisə ilə bağlı cavab gözlədiklərini bildirmişdi: “Biz, Türkmənistan dəniz sərhədçilərinin düşünülməmiş addım ataraq, iranlı balıqçıların qayığına atəş açmasına kəskin etiraz bildiririk. Hesab edirik ki, balıqçılarımız, hətta əgər Türkmənistan dəniz sərhədlərinə yaxınlaşmış olsalar belə, onlar beynəlxalq qanunlara uyğun davranmalı, balıqçılarımızı öz su sərhəslərindən uzaqlaşdırmalı idilər.  Elə buna görə də, biz Türkmənistan rəsmilərindən baş vermiş olayla bağlı rəsmi və təcili izahat verməsini gözləyirik”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture