/  
Ön yapraq » Oğuz xəbər » Rəsulzadənin vəfatının 61 ci il dönümünü sayğıyla anırıq

Rəsulzadənin vəfatının 61 ci il dönümünü sayğıyla anırıq

OğuzTV:Bu gün Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin vəfatının növbəti ildönümüdür.  
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-i Bakının Novxanı kəndində anadan olub. 1918-ci il mayın 28-də Rəsulzadənin rəhbərlik etdiyi Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edir və M.Ə. Rəsulzadə Milli Şuranın sədri seçilir. 1918-1920-ci illərdə dövlət quruculuğu, parlament seçkiləri və Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olur. Amma 1920-ci il bolşevik inqilabından sonra, Demokratik Cümhuriyyət süquta yetirilir və digər cümhuriyyətçilər kimi Məhəmməd Əmin Rəsulzadə də uzun illər Türkiyə, Rumıniya, Almaniya və Polşada mühacirətdə yaşayıb. Məmməd Əmin Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib və Ankaranın «Əsri» qəbiristanlığında dəfn edilib. Ruhu şad olsun! Cebhe

Comments,Baxışınız
oguz gif telegram