/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Rejimə aid dərgi Quzey Azərbaycanın müstəqilliyini təhdid etdi

Rejimə aid dərgi Quzey Azərbaycanın müstəqilliyini təhdid etdi

Oğuz TV: Quzey Azərbaycanın müstəqilliyini hələ də həzm edə bilməyən iran rejmi, hər dəfə müxtəlif yollarla Azərbaycanın müstəqilliyinə qarşı işlər  görür.  Rejm bu yola mediasını da alət edib.

“Aftabi İran” adlı dərgidə yayınlanan bir yazıda Quzey Azərbaycan ərazisini İran torpağı kimi təqdim edir və əminliklə bu torpaqların İrana qayıdacağını vurğulayır.

Yazıda Quzey Azərbaycanın arxasında İsrail dövlətinin durduğu iddia edilərək qeyd olunur ki, Azərbaycanı İrandan İsrail uzaqlaşdırıb.

Boş və əsassız iddialarla dolu yazıda  mətnaltı ermənilərin Azərbaycan torpaqlarını işğalı da tədqirə laiq kimi təqdim edilir.

Güney Azərbaycanı işğalı altında saxlayan molla rejminin, bununla kifayətlənməyərək həyasızcasına Quzey Azərbaycan qarşı belə  işğalçı baxışları beynəlxalq qanunlara ziddi və ümid edirik ki, Quzey Azərbaycan rəsmiləri  molla rejminin bu iddialarına qarşı öz etirazını bildirəcək.

Comments,Baxışınız
oguz gif telegram