/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Rejim ərdəbilli fəalları “orta əsr” üsulu cəzalandırdı

Rejim ərdəbilli fəalları “orta əsr” üsulu cəzalandırdı

Oğuz TV: İran rejminin Güney Azərbaycanda milli fəallarımıza qarşı vəhşiliyi davam edir.

Bir neçə gün bundan öncə Ərdəbil zindanına salınan 5 milli fəal şallaq cəzasına məruz qalıdı.

Güneydən əldə etdiyimiz bilgiyə görə, 18 fərvərdin (6 aprel) İran rejminin Ərdəbildəki İnqilab Məhkəməsinin qərarı ilə  Tohid Əmir Əmini, Murtaza Pərvin, Meysəm Colani, Saleh Piçqanlu və Mustafa Pərvin olmaqla  hər birinə 30 zərbə şallaq vurulub.

Bu arada adını çəkdiyimiz bu milli fəallar ötən gün ailələri ilə əlaqə saxlayaraq, həbsxananın ağır vəziyyətdə olduğunu, məhbusların sayı həbsxana bölümlərinin tutumundan qat-qat artıq olduğunu, görə də, onların  yerdə yatmağa məcbur qaldıqlarını deyiblər.

Həbsxananın bu durumna etiraz edən milli fəallar zindan məsullarına məhbus hüquqlarını xatırladaraq xəbərdarlıq ediblər ki, vəziyyət belə davam edərsə kütləvi şəkildə aclıq aksiyasına başlayacaqlar.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture