/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Rejim “Q.Azərbaycan dövlətinə casusluq” və “Gamo-(Güney Azərbayca milli ordusu) qrupuna üyəlik”İttihamila 6 Güney Azərbaycan milli fəalını azadlıqdan məhrum edib
Gamo İttihamila Tutuqlanan Həbib Sasanıyan 43 Gündür Aclıq eyləmində ,Mehdi Əmirinəjad isə 2 il il həbs cəzasına məhkum olundu

Rejim “Q.Azərbaycan dövlətinə casusluq” və “Gamo-(Güney Azərbayca milli ordusu) qrupuna üyəlik”İttihamila 6 Güney Azərbaycan milli fəalını azadlıqdan məhrum edib

OğuzTV:Fars rejiminin İnqilab Məhkəməsi tərəfindən Güney Azərbaycanlı milli fəal Mehdi Əmirinəjad 2 il həbs cəzasına məhkum olundu .

Milli Güneyli Fəal qanunsuz “Gamo”(Güney Azərbayca milli ordusu) qrupunun yaradılmasında iştirak etmək və Quzey Azərbaycan dövlətinə casusluqda ittiham olaraq Fars rejiminin təbrizdəki inqlab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən 2 il həbs cəzasına məhkum edilib. 

Həmin qondarma ittihamlara əsasən 2016 ci ilin mayın 15 də Milli fəallar Mehdi Əmirinəjad , Həbib Sasaniyan , Babək Avənd, Həmid Səqəfi və İsmayıl Əfxəmi birlikdə Ərdəbildə fars rejiminin təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanmışdı.

 

 

Daha öncəki günlərdə OğuzTv xəbər otağının bu haqda yaydığı məlamatda  H.Sasaniyanın  Təbrizin mərkəzi zindanında 15 aydan aşqın qeyri-müəyyən vəziyyətdə saxlanması haqda və onun bu vəziyətə etiraz etməsi barəsində bilgi yayılmışdı .Milli fəal  hazırda zindanda bu qanunsuzluğa etiraz olaraq 43 gündür ki aclıq eyləmi keçirməkdədir. İyulun 17-də onunu ziyarət edən həyat yoldaşı bildirib ki, Həbib çox zəifləyib,o 15 kiloqram arıqlayıb,Həbib hazırda  mədə qanaxması, qan təzyiqi(Fişar) böyrək ağrısı və başıdönmə kimi xəstəliklərdən əziyyət çəkir.
Digər 5 milli fəal isə rejimin məhkəməsi tərəfindən həmin yalan ittihamlara əsasən muhakimə olunublar Mehdi Əmirinəjad Təbrizdəki fars rejiminin inqilab məhkəməsi tərəfindən 2 il azadlıqdan məhrum edilib , Həmid Səqəfi , İsmayıl Əfxəmi və Babək Avənd,  “Gamo” qrupunda üzv olmaq ittihamı ilə hər biri 4 ay həbs cəzasına məhkum olunublar.

Fars rejimi tərəfindən Həbib Sasanıyanın bu zülmə məruz qalması haqda dəfələrcə Güney Azərbaycan türkləri müxtəlif şəkillərilə öz etirazlarını və milli fəaldan himayə etmələrini bildirmişdir.Dünən gecə OğuzTV xəbər otğına daxıl olan məlumata əsasən Güney Azərbaycanın Ərdəbil şəhərində önəmli caddə və xiyabanların divarlarına Güney Azərbaycanlı milli fəal Həbib Sasaniyanın azadlığa buraxılmasını tələb edən posterlər yapışdırılıb.Posterlərin üzərində Milli fəalın şəkili və (Ərəb alfabesində Türkçə)“Azərbaycanın milli şairi və mübarizi Həbib Sasaniyan azad olsun” şüarı yazılıb.

 

 

 

 

 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture