/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Rejim qoşaçaylı milli fəalın evinə hücum edir

Rejim qoşaçaylı milli fəalın evinə hücum edir

Oğuz TV: İslam rejmi Qoşqçay şəhərindən olan milli fəal Fərzad Ləkzainin ailəsini rahat buraxmır.

Fars mediasının Türk millətini təhqir etməsinə qarşı Güney Azərbaycan şəhərlərində keçirilən etiraz eyləmlərində rejim tərəfindən görüntüsü alınan milli fəalın evinə rejimin məmurları hücum edib, onu həbs etmək istəyiblər. Milli fəalı tapa bilməyən məmurlar, fəalın yaşlı valideyinlərini təhdid ediblər.

Fərzad Ləkzainin yaxınlarının sitəmizə verdiyi bilgiyə görə, rejimin məmurları tez-tez onların evinə basqın edir, ailəni təhdid edirlər. 

İslam rejmi milli fəallarımızın özləri bir yana, hər zaman ailələrini də rahatsız durumda saxlamağa adət ediblər. Fərzad Ləkzainin ailəsi ilk təhdid edilən ailə deyil. Bundan öncədə Abbas Lisani və s. kimi milli fəalların ailələri təhdid və təqib edilmişdi. 

 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram