/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Rejmin milli fəal “ovu” davam edir

Rejmin milli fəal “ovu” davam edir

Oğuz TV: Bugün Əhəli milli fəal Mehran Xanzadə əhərin ettelaatına aparılıb.

Milli fəalın yaxınlarının verdiyi bilgiyə görə, səbəbsiz yerə ettelaata aparılan milli fəaldan heç bir xəbər yoxdu.

Dostlarının və ailəsinin bildirdiyinə görə, bugün səhər çağı ettelaat idarəsinə aparılan fəalla bağlı xəbər almaq mümkün deyil. Harada və hansı  şəraitdə saxlanılmasından  heç kimin bilgisi yoxdu.

Bu arada Əhər şəhərindən olan milli fəal Milad Əzimi məhkəməyə çağrılıdı. Bu milli fəal öz millətinin İran rejmi tərəfindən tapdalanmış haqqları uğruna mübarizə apardığı üçün  rejim tərəfindən saxta ittihamlar irəli sürülərək məhkəməyə çəkilib.

Milad Əzimiyə  qarşı “Xamneyini təhqir etmək” və “dövlətə qarşı fəaliyyət göstərmək” ittihamı irəli sürülüb.

Əhərdən gələn bilgiyə görə, milli fəala gələn məhkəmə bəlgəsində, onun 21 fərvərdin 1395-ci ildə, Təbriz vaxtı ilə saat 09:00-da Əhərin İnqilab məhkəməsində olması istənilib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture