/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Rejmin vəhşi polisinin öldürdüyü gəncin kimliyi açıqlandı (VİDEO)

Rejmin vəhşi polisinin öldürdüyü gəncin kimliyi açıqlandı (VİDEO)

Oğuz TV : Bir neçə gün öncə Binab şəhərində İran rejminin vəhşi polisinin güllələyərək öldürdüyü səyyar satıcının kimliyi açıqlandı.  

Bu Binab şəhər sakini Musa Əsədidi.

Güneydən əldə etdiyimiz bilgiyə görə, Musa Əsədinin ailəsi oğullarının günahsız yerə öldürülməsi ilə bağlı məhkəmələrə müraciət etsələrdə, onların işinə baxan olmayıb. Bu da İran rejminin nə qədər qayda-qanunsuz, qansız bir rejm olduğunun daha bir sübutudu.

Xatırladaq ki, 23 isfənddə (13 mart) Güney Azərbaycanın Binab şəhərinin bazarına hücum edən rejmin polisi ilə ailəsinə çörək pulu qazanan soydaşlarımız  arasında münaqişə yaşanmışdı və bu zaman polis satıcıları atəşə tutmuşdu. Vəhşi polisin açdığı atəş nəticəsində Musa Əsədi adlı bir soydaşımız başından ağır güllər yarası almış və həyatını itirmişdi.

 

Comments,Baxışınız
oguz gif telegram