/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Reks Tillerson: “İrana layiqli cavab veriləcək,Artıq İranla hərbi dildə danışmağın vaxtı çatıb .”

Reks Tillerson: “İrana layiqli cavab veriləcək,Artıq İranla hərbi dildə danışmağın vaxtı çatıb .”

OğuzTV:Amerikanın XİNi (Xarici işlər naziri )katibi Reks Tillerson bildirib ki , Birgə Hərtərəfli Fəaliyyət Planı(BHFP) İran fars rejiminin nüvə statusundan məhrum etməyib.

O qeyd edib ki :“Amerika İrana qarşı çox dözüm göstərib. Biz onlara çox vaxt verdik. Onlara başa salmaq istədik ki, Amerika sülh tərəfdarıdır. Biz İranı çirkin niyyətlərindən döndərmək istədik.Lakin bu vaxt İranın nüvə dövləti olmaq məqsədini yalnız təxirə salıb. Görünür bu cəhdlərimiz uğursuz oldu. Amerika İrana layiqli cavab verəcək. Artıq İranla hərbi dildə danışmağın vaxtı çatıb . Artıq Amerikanın da səbri tükənib”, – deyə Tillerson bildirib.


Reks Tillerson bildirib ki, İran Orta Şərqdə ABŞ maraqlarını hədəfə götürür və təxribatla məşğul olur.Tillerson Obama dövründə imzalanan nüvə müqaviləsinə tərəflərin uyğun hərəkət etdiyini qeyd edib.
Amma Tillerson “İran nəzarətə götürülməsə, Şimali Koreyanın tutduğu yol ilə gedə bilər”- deyə əlavə edib.  ABŞ prezidenti Donald Tramp İranın nüvə müqaviləsinin nəzərdən keçirmək üçün Ağ Evə təlimat verib. Konqresə məktub ünvanlayan Tillerson isə qeyd edib ki, Ağ Ev təkcə 2015-ci ildə imzalanan müqavilənin gedişatını deyil, eyni zamanda İranın Orta Şərqdəki siyasətini də incələyir.  Nazir bildirib ki, rəsmi Tehran Livan, İraq, Suriya və Yəməndə ABŞ maraqları əleyhinə fəaliyyət aparır: “Geniş bir İran siyasəti, ölkənin yaratdığı bütün təhlükələrə qarşı tədbirlər alınmalıdır. Tramp administrasiyası İran siyasətini yenidən nəzərdən keçirəcək. Amma bu nüvə anlaşmasına aid deyil”.

 

 

 


Vaşinqtonun Tehranı terrorizmi dəstəkləməkdə günahlandırması bir dezinformasiya olduğunu müdafiə edən Dahkan, həqiqətin tam əksinin olduğunu dedi.
Zərif: Tillersonun açıqlamaları bir təbliğat
İran Xarici İşlər Naziri Cavad Zərifdən də Tillersona reaksiya gəldi. Zərif AMERİKALI həmkarının sözlərini “həqiqəti əks etdirməyən bir təbliğat kimi səciyyələndirdi.
Zərif, Vaşinqtonun nüvə müqaviləsini nəzərdən keçirmədən əvvəl onun öhdəliklərini yerinə yetirməsi lazım olduğunu müdafiə etdi.
Zərif, Vaşinqtonun Tehrana ittihamlar yönəltməsinin, özünü öhdəliklərindən azad etməyəcəyini ifadə etdi.
Tillerson: İranın bütün təhlükələri nəzərə almalıdır
ABŞ Xarici İşlər Nazirliyində jurnalistlərin suallarını cavablandıran Xarici İşlər Naziri Reks Tillerson, Çərşənbə Axşamı günü açıqladığı İrana yönəlik siyasət yeninin yalnız Tehranın nüvə müqaviləsinə sadiqliyini test etməklə məhdud qalmayacağını, İranın ABŞ-ın maraqlarına zidd olan, Suriya, İraq, Yəmən və Livanda başda olmaqla regiondakı siyasətini də nəzərə alınacağını bildirib.


Tillersonun açıqlaması, Səudiyyə Ərəbistanı səfər edən ABŞ Müdafiə Naziri Cim Mattisin sözlərini təsdiq edər xüsusiyyətdə. Mattis, Çərşənbə günü etdiyi açıqlamada, Yəməndəki böhranı sona çatdırmaq üçün İranın regionda istikrarsızlaştırıcı təsirinin dəf edilməsi lazım olduğunu müdafiə etmişdi.
Qeyd edək ki, İran adlanan yerdə fars rejiminin Nüvə Bombm proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Qəbul edilmiş qətnamə İranın nüvə proqramı ilə bağlı sanksiyaların aradan qaldırılmasını nəzərdə tutur.

Comments,Baxışınız
oguz gif telegram