/  
Ön yapraq » Oğuz xəbər » Rio şəhərində Azərbaycan himni səsləndi

Rio şəhərində Azərbaycan himni səsləndi

Oğuz TV: Brazilyanın Rio şəhərində davam edən paralimpia oyunlarında Azərbaycan idmançısı qızıl medal qazandı.

Cüdo üzrə 73 kg çəkidə ölkəmizi təmsil edən Ramil Qasımov bütün rəqiblərini məğlub edib, fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmağı bacardı. 

Oyunlara dörddəbir final mərhələsindən qoşulan təmsilçimiz sıra ilə Kuba, Almaniya və finalda Ukraynalı rəqibindən üstün oldu. Beləliklə, yarışda ilk qızıl medalı qazanan Ramil Qasımov okenaın o tayında Azərbaycan himnini səsləndirməyi bacardı.

Diqqətinizə çatdıraq ki, bu Rio paralimpiasında Azərbaycanın qazandığı ilk medal deyil. Bundan öncə də yarışların ilk günündə cüdo üzrə 66 çəkidə ölkəmizi təmsil edən Bayram Mustafayev gümüş medal qazanmışdı.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture