/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ruhani yeni hakmiyeti rəsmən işə başladı ,İlk görüşü üçün ermənistani seçdi

Ruhani yeni hakmiyeti rəsmən işə başladı ,İlk görüşü üçün ermənistani seçdi

OğuzTV:Bu gün Tehranda iki işğalçı dövlət başçısı Həsən Ruhani və  Serj Sərkisyan arasında görüş keçirilib.Fars Rejiminin  12ci dövləti”Ruhani Kabinəsi” dünən rəsmi olaraq işə başlayıb.Dünyada bütün dövlətlərin başına gələn yeni hakmiyətlər ənənəvi olaraq ilk xarici görüşləri,ilk imzladığı sərəncam ,İlk Çıxışı  siyasi anlamalar daşamaqdadır.Ruhani öz yeni hakmiyətinin ilk atdımında və ilk günündə işğalçı ermənistan üçün siyasi və gizli oturum tərtib edərək Sərkisyanı Tehranda ağırlayıb.

APA dan Oğuz xəbər otağına daxil olan  məlumata görə, H.Ruhani görüşdə bildirib ki, İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və İrəvan müştərək bağlara söykənərək hər iki ölkənin xalqı və region ölkələrinin xalqları üçün müsbət və önəmli addımlar ata bilər.

İran adlanan yerin prezidenti deyib ki, iki ölkə arasında iqtisadi, mədəni, enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur: “Bu sahələrdə əməkdaşlığın inkişafı hər iki ölkənin xalqının xeyrinədir”.

Üzdə Terrorizm təhlükəsindən danışan H.Ruhani  iran rejiminin bölgədə özəliklədə İraqda və Suriyada törədikləri cinayətlərinə və terrorlara toxunmaq yerinı regionun digər bölgələrinə terorun yayılma ehtimalının olduğunu qeyd edib: “Ona görə hamı, o cümlədən Qafqaz və Orta Asiya ölkələri bu təhlükə qarşısında ayıq və ehtiyatlı olmalıdır. Bu, regionun sabitliyinə təhlükə yarada bilər. Terrorizmlə mübarizədə ölkələr arasında yaxınlaşma və əməkdaşlıq zəruridir”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Fars rejiminin prezidenti münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiklərini vurğulayıb: “Ümid edirik, iki qonşu ölkə Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinin şahidi olacağıq. Düşünürük ki, hər iki tərəf məsələnin həlli üçün ciddi iradə sahibidir və müzakirələrin müsbət nəticələnəcəyi üçün də əlverişli çıxış yolu tapacaqlar”.

Ermənistan-İran əlaqələrinin son illər ərzində daha çox inkişaf etdiyini söyləyən S. Sərkisyan isə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində inkişaf etmədiyini, İranla iqtisadi, enerji, ticarət, nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib. S. Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.

Qeyd edək ki İran fars rejimi illərdir Güney Azərbaycanı öz işğalı altında saxlamaqla yanaşı Qarbağın işğalına da bir başa ermənistana Siyasi ,Nizami və iqtisadi yardımlar edir.

Son aylarda Yerevan və Tehran arasında hərbi əməkdaşlığın da qat qat keçmişlərdən çox gücləndiyi sezilir.Ermənistanın Müdafiə naziri Vigen Sarkisyan bu ilin yanvarında Tehranda İranlı həmkarı Hüseyn Dehqan ilə görüşündə bu sahədə müzakirələr aparıb.
 Sarkisyan  müdafiə sənayesini ikitərəfli əməkdaşlığın potensial komponenti kimi qiymətləndirib.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture