/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Ruhaniyə səs verin diyənlərə böyük zərbə ! Amerikadan irana yeni sanksiyalar
İrana yeni Təhrimlər yapdırımlar ايرانا يئني تحريملر ياپديريملار آزربایجان تورکونون اوجا سئسی ? ? اوغوزتی‌وی OğuzTV ? @oguztv ???

Ruhaniyə səs verin diyənlərə böyük zərbə ! Amerikadan irana yeni sanksiyalar

OğuzTV: Ruhani seçim kampanyasında ən çox eşidilən sözlərdən birisi “Ruhani Təhrimləri (sanksiyaları)qaldırır” sözü olmuşdur . Ancaq deyələn vədələrin əksinə irana qarşı illərdır uyqulanan Sankıyasalar azalmadan artır.
Amerika Senatı iyunun 16-da rəsmi  fars rejiminin bölgədə yürütdüyü təxribatçı və dağıdıcı siyasətini nəzərə alaraq İrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

 

İranın regionun sabitliyinə qarşı yönələn fəaliyyətinin qarşısını almaq məqsədilə qəbul edilən yeni sanksiyalar paketi səs çoxluğu ilə təsdiqlənib. Keçirilən səsvermədə 98 nəfər sanksiyalar paketinin lehinə, 2 nəfər isə əleyhinə səs verib. Yeni sanksiyalar, İranın ballistik raket proqramını inkişaf etdirdiyinə, beynəlxalq terrorizmə və qanunsuz yaraqlı qruplaşmalara dəstəyinə və ölkədə insan hüquqlarını kobud şəkildə pozduğuna görə nəzərdə tutulub.İrana qarşı yeni sanksiyalar paketi ABŞ Senatında təsdiq edildikdən sonra, bu paket, Amerikanın Nümayəndələr Palatasında da müzakirəyə çıxarılacaq və Nümayəndələr Palatası həmin sanksiyalar paketini təsdiqləyəcəyi təqdirdə, o, prezident Donald Tramp tərəfindən imzalandıqdan sonra qanuna çevrilərək qüvvəyə minəcək.

ABŞ Senatı Tehrana qarşı yeni sanksiyalar paketini təsdiqləyərkən, İranın ballistik raket proqramını Orta Şərq ölkələri üçün bir təhdid sayıldığını vurğulayaraq İran İnqilab Keşikçiləri Korpsunu (Sepah) və onun xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadını regionda sabitliyi pozmaqda, terrorizmə və İranın ballistik raket proqramına dəstək verməkdə günahlandırıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi iyunun 16-da jurnalistlərə açıqlamasında ABŞ-ın dövlət katibi Rex Tillersonun iki gün əvvəl İranla bağlı son bəyanatına reaksiya verib.Qasimi bildirib ki, Tillersonun son bəyanatı, Amerikanın İranın daxili işlərinə qarışmasını sübuta yetirən bir sənəddir: “Biz Amerika hökumətini İrana qarşı mənfi siyasətindən əl çəkməyə çağırırıq. Tillersonun son bəyanatı beynəlxaıq qanunlara ziddir və qəbuledilməzdir. Amerika hökumətinin qarşısında yeganə bir yol var. O da budur ki, onlar İran reallıqlarını dərk etməli, İranın daxili işlərinə qarışmaqdan əl çəkməli, ölkəmizə qarşı təsiri olmayan təhdid dilindən istifadə etməyi dayandırmalı, məntiqə söykənərək region problemlərinə həyəcana qapılmadan real bir baxışla yanaşmalıdırlar”.

 

Həmin gün İranın xarici işlər naziri Məhəmmədcavad Zərif də özünün şəxsi “Twitter” səhifəsində ABŞ dövlət katibinin iki gün əvvəlki bəyanatına münasibət bildirib. Zərif bildirib ki, amerikalılar keçmişdə İranla bağlı yürütdükləri siyasətdən dərs almalıdır: “Amerika rəsmiləri İranda rejimi dəyişmək üçün xülya dolu qanuna zidd siyasətlərini yürütməzdən əvvəl yaxşısı budur ki, tarixi varaqlayıb ondan dərs alsınlar. 1953-cü ildə ölkədə həyata keçirilən hərbi çevriliş rüsvayçılığı və 1979-cu il islam inqilabının təcrübəsi bir daha sübut etdi ki, İran milləti, onun  müqəddəratını təyin etmək istəyən hər hansı bir xarici qüvvəyə müqavimət göstərməlidir. Amerikalılar İran rejimini dəyişmək barədə fikirləşmək əvəzinə yaxşısı budur ki, ölkədə seçkilər zamanı əhalinin səsverməyə qatılmasını nəzərə alaraq öz rejimlərini qorumaq barədə düşünsünlər”.

 

İyunun 14-də ABŞ-ın Nümayəndələr Palatasında çıxış edən dövlət Katibi Rex Tillerson İranın regiondakı fəaliyyətindən və Amerika hökumətinin İranla bağlı siyasətindən danışıb. O bildirib ki, Amerika hökuməti İranın bölgədə hegemonluğuna qarşı ilk addımlarını atmağa başlayıb: “Bizim İranla bağlı xarici siyasətimiz formalaşmaqdadır və hələlik ölkə prezidentə təqdim edilməyib. Lakin bir şeyi bildirməliyəm. O da budur ki, bizim İranın bölgədə çaxnaşmanın qızışdırılması istiqamətində apardığı fəaliyyətindən və rolundan xəbərimiz var.

 

Tehranın regiondakı hegemonluğunun qarşısını almaq və onun nüvə silahlarına yiyələnməsinə mane olmaq, bizim Tehranla bağlı yürütdüyümüz siyasətin əsas təməllərindən biridir. Bizim siyasətimiz həm də İranın daxilində rejimi dinc yollarla dəyişməyə cəhd göstərən qüvvələrə yardım etmək və onlara dəstək verməkdir”.

 

 

 

 

Comments,Baxışınız
oguz gif telegram