/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Rusiya, fars rejimini suriyada satmadı ,Əsəd vəTramp cəvab verdı

Rusiya, fars rejimini suriyada satmadı ,Əsəd vəTramp cəvab verdı

OğuzTV:Rusiya, İran və Suriya prezidenti Bəşər Əsədi dəstəkləyən qrupların yaratdığı qərargah ortaq bəyanat yayıb.Bəyanatda Suriyada aviabazaya raket zərbəsi endirməklə Amerikanın Suriyada “qırmızı xətt”i keçdiyi bildirilir.

 

iran russia trump ile ilgili görsel sonucuMəlumatda qeyd edilir ki, Rusiya və İran adlanan yerin prezidentləri  Amerikanın müstəqil dövlət olan Suriyaya raket zərbəsi endirməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndiriblər. Eyni zamanda bundan sonra Suriyaya qarşı hər hansı hücuma qarşı cəvab veriləcəyi vurğulanıb.
 


Tramp Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək .

iran russia trump ile ilgili görsel sonucuAmerika prezidenti Donald Tramp Suriya rejiminə dəstək verdiyi üçün Rusiya və İrana qarşı yeni sanksiyalar tətbiq etmək barədə düşünür.
CNN telekanalına müsahibəsində Amerikanin BMT yanındakı daimi nümayəndəsi Nikki Heyli bildirib. N. Heyli deyib ki, Amerika administrasiyası Rusiya və İrana qarşı daha sərt yeni sanksiyalar tətbiq etmək barədə müzakirələrə başlayıb. 

 

 

Əsəddən Ruhaniyə: Amerika bunu bacarmadı
Suriya sözdə Prezidenti Bəşər Əsədlə iranlı tayı Həsən Ruhani arasında telefon danışığı baş tutub.
assad khamenei ile ilgili görsel sonucuSANA agentliyinə istinadən xəbər verir ki, iki cinayət işləyən diktator və işğalçı rejimlərinin danışıq zamanı Suriya lideri Amerikanin Şayrat aviabazasına hücumunun məqsədinin terrorçuların əhval-ruhiyyəsini yüksəltmək olduğunu, lakin bunu bacarmadığını bildirib.
Digər tərəfdən, Fars işğalçı rejiminin ikinci adamı Ruhani də Vaşinqtonun bu addımını təcavüzkar mahiyyət daşıdığını vurğulayıb.O, bu hücumun suveren dövlətin hüquqlarının pozulması kimi dəyərləndirib.

İran adlanan yerin baş diktatoro Xameneyi  ölkəsinin terrorla mübarizədə hər zaman Suriyanın yanında olduğunu qeyd edib.

Tramp Bəşər Əsəd rejimini aprelin 4-də İdlib əyalətində kimyəvi silahdan istifadə etməkdə ittiham edib. Tramp, raket zərbəsinin kimyəvi silahdan istifadənin təkrarlanmasının qarşısını almaq məqsədilə endirildiyini deyib.

Qeyd edək ki, aprelin 7-ə gecə Amerikanin Aralıq dənizindəki hərbi gəmilərindən Əsəd ordusuna aid Şayrat aviabazasına 59 raket buraxılıb. Nəticədə aviabazanın uçuş-enmə zolağı, təyyarələrin dayanacağı və yanacaqdoldurma kompleksləri vurulub. Homs qubernatoru zərbə nəticəsində 5 hərbçi və 2 mülki şəxsin öldüyünü bildirib.

Xatırladaq ki, aprelin 4-də Bəşər Əsəd rejiminə aid hərbi təyyarələrin İdlib şəhərinə zərbələr endirməsindən sonra kimyəvi zəhərlənmə nəticəsində çoxlu sayda insan ölüb və yaralanıb.

 

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture