/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Səid Sadeqifər məhkəməyə çağrıldı

Səid Sadeqifər məhkəməyə çağrıldı

Oğuz TV: Dünya Ana dili günü yaxınlaşdıqca İran rejmi Güney Azərbaycanda milli fəallara qarşı təqiblərini artırır.

Demək olarki, Güneyin bütün şəhərlərində milli fəallar hər gün məhkəmələrə çağrılır. Məhkəməyə çağrılanlar sırasına dünən daha bir fəal əlavə edildi. Bu Ərdəbil şəhərindən olan Səid Sadeqifərdi.

Xatırladaq ki, Səid Sadeqifər 18 aban (9 noyabr) qiyamında iştirak etdiyi üçün həbs edilib, 3 həftə zindanda qalmışdı.  Sonradan şərti azadlığa çıxmışdı.

Dünən isə bu milli fəala Ərdəbilin Təcdide-nəzər məhkəməsindən çağrış vəsiqəsi gəlib. Vəsiqədə yazıldığına görə, Səid Sadeqifər isfənd ayının 4-də (23 fevral) məhkəmədə olmalıdı.

Diqqətinizə çatdıraq ki, Güney Azərbaycanda milli haqqlarımız uğrunda mübarizə aparan Sadeqifər, birneçə dəfə rejm tərəfindən saxlanılıb və müxtəlif cəzalara məruz qalıb.صادقیs2

Comments,Baxışınız
oguz gif telegram