/  
Ön yapraq » Oğuz xəbər » Güney Azərbaycan » Səməd Behrənginin Doğum Günüdür -Görüntü

Səməd Behrənginin Doğum Günüdür -Görüntü

OğuzTV:Səməd Behrəngi ,Güneyli öyrətmən və anadilində yazar Ki Araz çayında Boğdrurulub.


Səməd İzzət oğlu Behrəngi 24 iyun 1939-cu ildə Təbriz şəhərində, fəhlə ailəsində anadan olub.
1967-ci il avqustun 31-də Cənubi Azərbaycanın Xumarlı yaşayış məntəqəsi yaxınlığında Araz çayında müəmmalı şəraitdə boğulub.
Təbriz Universiteti filologiya fakültəsinin ingilis dili şöbəsində təhsil alıb (1956-1961).İlk məktəb öyrəyməni Bütöv Azərbaycanda Türk ellərinin şifahi el nağıllarını toplayaraq,Türk,fars ,italiyan,ingiliscə dilində kitablar yazıb və tərcümə etmiş və həmkarı Behruz Dehqani ilə birlikdə nəşr etdirib.
Eyni zamanda fars dilindən Azərbaycan dilinə çevirdiyi tərcümələri dövri mətbuatda çıxıb. İlk hekayələri “Adət”, “Binam” 1959-cu ildə dərc olunub. Bundan sonra “Ulduz və qarğalar”, “Çuğundursatan oğlan”, “Balaca qara balıq” və s. hekayə və nağıllarını yazıb (1967-1969). İtaliyanın Bolonya şəhərində keçirilən Uşaq Kitabları Müsabiqəsində qızıl medala layiq görülüb. Birinci yeri tutduğuna görə kitabları italyan, fransız, ingilis, türk dillərində nəşr edilib. Azərbaycan xalq ədəbiyyatını toplayaraq, tədqiq və təbliğ edib. Həmkarları onu “Azərbaycan kəndlilərinin canlı dili”, “Milli mədəniyyətin oyaq vicdanı”, “Xalqa üz tutan”, “Səyyar müəllim” adlandırıblar. Ədəbi irsi zəngindir. Bakıda “Məhəbbət nağılı” (1987) adı ilə seçilmiş əsərləri kütləvi tirajla buraxılıb.

Comments,Baxışınız
oguz gif telegram