/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Sərkisyan Başnazir oldu Ermənistan qarşdı ,Rusiya Sərkisyana Etiraz səslərini boğ deyir!?
Daşnaksütyun Paşinyana çağırış etdi

Sərkisyan Başnazir oldu Ermənistan qarşdı ,Rusiya Sərkisyana Etiraz səslərini boğ deyir!?

OğuzTv:İşğalçı Ermənistan parlamentində baş nazirin seçimi ilə bağlı müzakirə başlayıb.

Daşnak Sərkisyanın Ermənistanın yeni baş naziri seçilib.

Sərkisyanın baş nazir olması üçün parlamentdə keçirilən səsvermədə onun lehinə 93 deputatdan 77-si səs verib.Qeyd edək ki, Sərkisyan Respublika və Daşnaksütyun partiyalarından namizəddir.

Xalq müxalifət lideri Nikol Paşinyanın rəhbərliyi ilə Sərkisyanın hakimiyyəti yenidən qəsb etməsinə qarşı etiraz edir, hazırda mərkəzi küçələrdədir. İrəvan polisi zor tətbiq edəcəyi barədə xəbərdarlıq edib.

İrəvanda artıq 5-ci gündür etiraz aksiyaları keçirilir. Aksiyada iştirak edənlər Serj Sərkisyanın baş nazir seçilməsinin əleyhinə çıxış edirlər. Etiraz aksiyalarına Yelk Blokundan olan deputat Nikol Paşinyan rəhbərlik edir.İrəvanda baş tutan aksiyalarda artıq polislə də toqquşmalar qeydə alınıb. Nəticədə onlarla adam yaralanıb. Yaralananlar arasında Paşinyan da yer alıb.

Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi başladılıb.

Paşinyan dünən etirazçıların parlament binasını mühasirəyə alacaqlarını da bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.

Artıq Abovyan, Koryun, Teryan küçələri etirazçılar tərəfindən bloklanıb.

Saatlar qaldı, hər şey bu gün HƏLL OLUNACAQ: Rusiya ordunu İrəvana yeridir və...İrəvanda keçirilən etiraz aksiyalarının təşəbbüskarı olan deputat Nikol Paşinyanın oğlu Aşot Paşinyan həbs edilib.Ermənistan polisi İrəvandakı aksiyalarda həbs edilənlərin sayının 80-ə çatdığını bildirib.İrəvanda etirazçılar şəhər meriyasının binasını mühasirəyə alıblar.

İrəvanda baş tutan mitinqlərə ABŞ-dakı ermənilər də dəstək verib.OğuzTviyə daxil olan məlumatda Los-Anceles şəhərindəki erməni icmasının nümayəndələri Saak Mikayelyan və Tiqran Barxudaryan təşkil ediblər.Aksiyaların cümə günündən davam etdiyi bildirilib. Ermənilərin Qlendeyl şəhər meriyası qarşısında mitinqlər təşkil etdiyi vurğulanıb.

“İrəvanda baş verənlər siyasi böhrandır. Bu, Ermənistan “Maydanı”na cəhddir və bu proseslərin arxasında ABŞ dayanır”.Bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi, politoloq Sergey Markov Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, hadisələr ABŞ tərəfindən maliyyələşdirilən 2 min fəal və sosial şəbəkələrdəki 2,5 min istifadəçi tərəfindən həyata keçirilir: “Proseslərin arxasında ABŞ-la yanaşı, qismən Avropa İttifaqı da var. Bu rəqəmlər kiçik Ermənistan üçün böyük rəqəmdir”.

Putinin nümayəndəsi qeyd edib ki, Sarkisyan Yanukoviç qədər məşhur olmasa da, ondan daha sərt addımlar atacaq.
“Sarkisyanın cavabı sərt olacaq. Ermənistanda etiraz edənlərin əsas ideologiyası demokratiya ilə yanaşı, Rusiyaya qarşı mübarizədir. Onlar həmçinin, hakimiyyəti tutmuş “Qarabağ klanı”na qarşı mübarizə aparırlar. Lakin proseslər kənardan idarə olunur”, – deyə o iddia edib.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture