/  
Ön yapraq » Oğuz xəbər » Dünya » Səudiyyə Ərəbistan və Bəhreyin , İranın bölgədə varlığını təhlükə və terror qaynağı olaraq tanıdılar

Səudiyyə Ərəbistan və Bəhreyin , İranın bölgədə varlığını təhlükə və terror qaynağı olaraq tanıdılar

OğuzTv:Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cübeyr, yanvarın 21-də Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirlərinin toplantısında, jurnalistlərə açıqlamasında İranın regionda dini radikalizmi qızışdırmasından və bölgədə yürütdüyü dağıdıcı siyasətini qınayıb .

Öz açıqlamasında Yəməndə baş verən olaylara toxunan Adil əl Cübeyr bildirib ki, rəsmi Tehran, husi-şiə yaraqlılarına dəstək verib onları silahlandırmaqla, region ölkələrinə, o cümlədən də Səudiyyə Ərəbistanına qarşı düşmənçiliyə rəvac verir: “Təəssüflər olsun ki, İran rejiminin bölgəyə müdaxiləsi, regionda dini sektaçılıq fitnəsini alovlandırır. Bu gün, yaraqlı husilər, İranın Yəməndəki planını həyata keçirirlər. Bu isə qəbuledilməzdir.

 

Bəhreyn Krallığının daxili işlər naziri Şeyx Raşid Bin Abdullah Al-i Xəlifə yanvarın 21-də ziyalılar və bir qrup rəsmilər qarşısında çıxış edərək, İranın ölkədə dəstəklədiyi terrorçu qruplaşmaların fəaliyyətindən və rəsmi Tehranın Bəhreynin daxili işlərinə qarışmasından danışıb.

Nazir bildirib ki, ötən il Bəhreyn təhlükəsizlik qüvvələri, İranın dəstəklədiyi terrorçu qruplaşmaları və radikal islamçı dəstələri zərərsizləşdirmək məqsədilə ölkədə 100 əməliyyat keçirib: “Təhlükəsizlik qüvvələrimizin keçirdiyi bu əməliyyatlar nəticəsində, “Sepah”a və onun “Qüds” qanadına bağlı Həşdi-Şəəbi və Livan “Hizbullah”ı tərəfindən planlaşdırılmış 19 terror aktının qarşısı alınıb. Keçirilən əməliyyatlarda İranla birbaşa əməkdaşlıq edən 290 terrorçu yaxalanıb.

 

Məlum olub ki, “Sepah”a bağlı terrorçular, Bəhreynin milli təhlükəsizliyinə qarşı çıxaraq,  ölkənin bir sıra yüksək rütbəli rəsmilərinə və cəmiyyətin bəzi tanınmış şəxsiyyətlərinə qarşı sui-qəsd planı hazırlayaraq ölkənin neft təsisatlarında, eləcə də dövlət qurumlarında təxribat törətməyi planlaşdırıbmış.

Lakin, təxribatçıların planı baş tutmayıb və bütün bu terror aktlarının qarşı təhlükəsizlik qüvvələrimizin həyata keçirdiyi qabaqlayıcı tədbirləri nəticəsində qarşısı alınıb. Hesab edirik ki, ölkədə hər hansı bir dini radikalizmin və ya ekstremist dini sektaçılığın qarşısını almaq, bizim milli borcumuzdur. Biz, terrorçuların ölkə vətəndaşlarının asayişini pozmasına, Bəhreynin milli təhlükəsizliyinə qarşı çıxmasına heç vaxt imkan verməyəcəyik”.

İslam Əməkdaşlıq Təşkilatı, İranın regionda yürütdüyü bu təxribatçı siyasətini pisləyərək hesab edir ki, rəsmi Tehran, Yəməndə yaraqlı husiləri silah və raketlə təmin etməsinə son qoymalı, bu siyasətini dayandırmalıdır”.

Comments,Baxışınız
oguz gif telegram