/  
Ön yapraq » Oğuz xəbər » Dünya » S.Ərəbistan: Ərəbistan-İran arasındaki əlaqələrin yaxşılaşması, mümkün deyil.

S.Ərəbistan: Ərəbistan-İran arasındaki əlaqələrin yaxşılaşması, mümkün deyil.

OğuzTV:Səudiyyə Ərəbistanının müdafiə naziri, bu ölkənin vəliəhdinin canişini Məhəmməd Bin Salman mayın 2-də MBC telekanalına müsahibəsində İran fars terrorist rejiminin bölgədə yaymaq istədiyi radikal Pers-şiə ideologiyasından və rəsmi Tehranın qonşu ərəb ölkələrinin daxili işlərinə qarışmasından danışıb.

Səudiyyə rəsmisinin bu açıqlaması, İranın xarici işlər naziri Məhəmmədcavad Zərifin həmin gün bəzi ölkələrin Tehranla Ər-Riyad(Əlriyaz) arasında vasitəçilik missiyasına mövqeyini bildirməsindən bir neçə saat sonraya təsadüf edib.

Fars rejiminin region ölkələrinə qarşı təhdidindən danışan Məhəmməd Bin Salman bildirib ki, Səudiyyə Ərəbistanı, bölgədə radikal şiəçiliyi yaymaqla müsəlman ölkələrə hakim olmağa cəhd göstərən İran sözdə İslam Respublikası ilə danışıqlar aparmayacaq: “İran rəsmilərinin bölgədə yürütdüyü siyasətin məntiqi, zühurunu gözlədikləri “Həzrət Mehdi”nin gəlişinə zəmin və şərait yaratmaq düşüncəsinə söykənir. Biz, belə bir radikal ideologiyaya malik olan, regionda şiəçiliyi yaymaq yolu ilə müsəlman ölkələrini və islam dünyasını öz hegemonluğu altına almağa çalışan İran rejimi ilə necə müzakirələr apara bilərik.İranın bölgədə yürütdüyü siyasətdə əsas məqsədi, Səudiyyə Ərəbistanına zərbə vurmaq,  ona zərər və ziyan yetirməkdir. Nə qədər ki, İran  bu niyyətindən əl çəkməyib, bizim Tehranda mövcud ixtilafları aradan qaldırmaq üçün danışıqlar aparmağımız mümkün olmayacaq. İranın Ər-Riyada münasibəti və yanaşma tərzi heç vaxt səmimi olmayıb. Elə buna görə də hesab edirəm ki, iki ölkə arasında qarşılıqlı əlaqələrin yaxşılaşdırılmasın vacibliyi ilə bağlı səsləndirdirilən bəyanatlar qeyri-ciddidir. Bu, daha çox bir zarafata bənzəyir”.

Fars rejiminin xarici işlər naziri Məhəmmədcavad Zərif, mayın 2-də jurnalistlərə açıqlamasında Tehranla Ər-Riyad arasında vasitəçilik edilməsi məsələsinə münasibət bildirib: “Biz, ölkələrimiz arasında vasitəçilik edilməsi təklifini heç vaxt rədd etməmişik. Bu günə qədər Pakistan, İndoneziya, Qazaxıstan və Rusiya rəsmiləri bu barədə təkliflər irəli sürüblər. Biz də buna qarşı çıxmamışıq. Biz Səudiyyə Ərəbistanı ilə qarşıdurma tərəfdarı deyilik. Bizim Səudiyyə Ərəbistnı ilə problemimiz vasitəçilik məsələsi deyil. Söhbət ondadır ki, bu ölkə regionda çaxnaşma yaratmaq istəyir. Hesab edirik ki, Səudiyyə rəsmilərinin zehniyyəti və yürütdükləri siyasət üsulu dəyişməlidir”.

Comments,Baxışınız
oguz gif telegram
Play All Replay Playlist Replay Track Shuffle Playlist Hide picture